Cəmiyyət

Bakıda davada qardaşlar bıçaqlanıb

Sharing is caring!

Bakıda davada qardaşlar bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 18-i saat 23:00 radələrində paytaxtın Binəqədi rayonu, “Banu Çiçək” restoranının yaxınlığında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Eyvazov Fərid Fərhad oğlu döş qəfəsinin ön və arxa səthinin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Mirqasımov adına Respublika Klinik
Xəstəxanasına, qardaşı, 2002-ci il təvəllüdlü Eyvazov Sahib Fərhad oğlu döş
qəfəsinin qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən xəsarəti ilə
Klinik Tibbi Mərkəzə və 2003-cü il təvəllüdlü Musayev Məhəmməd Asif oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məclləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir