İdman

Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək – VİDEO

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XI tura start veriləcək.

Oxu.Az xəbər verir ki, günün yeganə matçında ölkə çempionu “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək.

“Azersun Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq. Hazırda “Köhlən atlar” 27 xalla liderdir. Tovuz təmsilçisi isə 12 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.

Azərbaycan Premyer Liqası

XI tur

20 oktyabr (cümə axşamı)

19:00. “Qarabağ” – “Turan Tovuz”

Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov

Qeyd edək ki, Ağdam klubu bu görüşü rəsmi sosial şəbəkə hesablarında özünəməxsus tərzdə video ilə anons edib. Həmin görüntüləri təqdim edirik: 

VAR: Tural Qurbanov

AVAR: Cavanşir Yusifov

Hakim-inspektor: Gülağa Cabarov

“Azersun Arena”

Qeyd edək ki, XI turun “Qəbələ” – “Kəpəz”, “Sumqayıt” – “Zirə” oyunları oktyabrın 22-də, “Səbail” – “Şamaxı” və “Neftçi” – “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir