İdman

“Tottenhem”də Stellinini Meyson əvəzlədi

Sharing is caring!


Kristian Stellini “Tottenhem Hotspur”un məşqçisi vəzifəsindən qovulub.

Antonio Kontenin gedişindən sonra klubun baş məşqçisi vəzifəsini icra edirdi. Hazırda komandanın sükanı müvəqqəti olaraq Rayan Meysona tapşırılıb.

Kristian Stellini ilə birlikdə onun məşqçilər korpusu da klubu tərk edib. Məşqçilər korpusunun yeni tərkibi daha sonra açıqlanacaq.

Qeyd edək ki, Stellininin rəhbərliyi altında “Tottenhem” 4 oyun keçirib və yalnız bir qələbə qazanıb. Son oyunda London klubu “Nyukasl”a 1:6 hesabı ilə uduzub.

“Tottenhem” Premyer Liqada 32 matçdan sonra 53 xalla 5-ci yerdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir