Cəmiyyət

Sabirabadda iki avtomobilin toqquşması ölümlə nəticələndi: VAZ külə döndü – YENİLƏNİB + FOTO

Sharing is caring!


Sabirabadda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olanların şəxsiyyəti müəyyən edilib.

APA-nın xəbərinə görə, qəzada VAZ-2107-nin sürucüsü, 1982-ci il təvəllüdlü Abdullayev Emin Eynulla oğlu və sərnişin, 1993-cü il təvəllüdlü Rzayev Elşad Əlsafa oğlu həlak olub. Onların hər ikisi Sabirabadın Nərimankənd kəndinin sakinləridir.

01:30

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə, Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.

VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ yanıb. Hadisə nəticəsində VAZ-ın sərnişini və sürücüsü həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir