Cəmiyyət

Səbaildə yaşayış binası təhlükə saçır – FOTO

Sharing is caring!

Səbail rayonunda yaşayan sakinlər narazıdırlar. 

Bu barədə onlar Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar.

Bildirilib ki, rayonun Puşkin küçəsi, ev 10 ünvanında yerləşən binanın həyət tərəfdən olan eyvanlarının dəmir-beton konstruksiyaları bərbad vəziyyətdədir:

“Dəfələrlə Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət etsək də, vəsaitin olmadığı bildirirlər”.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Səbail rayonunda eyvanları qəzalı vəziyyətdə olan binaların siyahısı tərtib olunaraq aidiyyəti üzrə təmir işlərinin aparılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olunub:

“Eyni zamanda, təmir işlərinin aparılması məqsədilə sözügedən yaşayış binası Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2022-ci ilin siyahısına salınıb”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir