Cəmiyyət

Şəkidə 7 avtomobilin iştirakı ilə zəncirvari qəza: Keçmiş baş həkim xəsarət alıb – FOTO

Sharing is caring!

Şəki şəhərində zəncirvari yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin 20 yanvar küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 10-OU-155 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə Şəki sakini Akif Əsədullayevin idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub. Daha sonra “Mercedes” idarəetmədən çıxaraq yol kənarında dayanan daha 5 avtomobilə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, “Nissan” markalı avtomobilin sürücüsü Akif Əsədullayev və daha bir sürücü bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı xəsarət alan A.Əsədullayev uzun müddət Şəki Psixiatriya Xəstəxanasının baş həkimi işləyib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir