Dünya

Moskva sinaqoquna terror hücumunun qarşısını alındı – FOTO

Sharing is caring!


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva sinaqoquna odlu silahla terror hücumunun qarşısını alıblar.

Bu barədə FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Məlumata görə, hücum etmək istəyən şəxslər Kaluqa vilayətində saxlanılıblar.

Cinayətkarlar müvafiq məlumatları toplayan şəxslər kimi təhlükəsizlik qüvvələrinin diqqətini cəlb ediblər. Həmin şəxslər Əfqanıstanda İŞİD beynəlxalq terror təşkilatının tərəfdarları olublar.

Rusiyanın Kaluqa vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti tərəfindən İŞİD üzvlərinin Moskvada yəhudi dini qurumlarından birinə qarşı terror aktı törətmələrinin qarşısı alınıb və terrorçular zərərsizləşdirilib.

Mənbə: NEWS.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir