Dünya

Meksikalı politoloq: “Erməni separatçı qruplarla sülh sazişinə nail olmaq mümkün deyil”

Sharing is caring!


“Erməni separatçı qruplarla sülh sazişinə nail olmaq mümkün deyil”.

Bunu “Report”a açıqlamasında meksikalı politoloq, “Gənc Diplomatlar” təşkilatının prezidenti, Meksika Konqresinin keçmiş texniki katibi Maurisio Tafoya deyib.

Onun sözlərinə görə, erməni separatçıların məqsədi Azərbaycanla Ermənistan arasında danışıqları pozmaq və sülh sazişinin imzalanmasına əngəl törətməkdir: 

“Onlar heç vaxt Azərbaycanla sülh sazişi əldə etməkdə maraqlı olmayıblar. Erməni separatçılar hər zaman danışıqlarda irəliləyiş olmamasının yolunu axtarır və elə buna görə də işləri “Laçın” sərhəd-buraxılış məntəqəsindəki kimi təxribat törətməkdir. Bununla da ərzaq yardımı, təcili yardım xidmətlərinin əraziyə keçidini əngəlləmək istəyirlər. Bu isə açıq şəkildə onların beynəlxalq sərhəd qanunlarını pozduqlarını göstərir. Azərbaycanın isə onların qanunsuz əməllərinin qarşısını almaq üçün Laçın yolunda post qurmağa tam haqqı çatır. Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir”.

Ekspert bildirib ki, sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağ sakinlərinin tam təhlükəsizliyi üçün Azərbaycan ərazisində baş verənlərə nəzarət etməyin ən yaxşı yoludur: 

“Azərbaycanın addımları tam leqaldır və öz ərazisində qurduğu post azərbaycanlıların, eləcə də dövlət sərhədləri daxilində yaşayan ermənilərin təhlükəsizliyini qorumağa xidmət edir. Hər kəsə məlumdur ki, dəfələrlə separatçı erməni qruplaşmaları Azərbaycanın suveren ərazisinə hərbi silah-sursat, hətta hərbi qulluqçu keçirməyə çalışıblar. Bu gün isə onların niyyəti media və bəzi insanları satın alaraq uydurduqları yalanı yaymaq və nəticədə Azərbaycanın real düşmən kimi davrandığını göstərməkdir. Ermənistan Laçın yolu məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq istəyə bilər, lakin reallıq odur ki, əsassız versiyalar irəli sürürlər. Bu gün Azərbaycan sülh sazişi ilə bağlı danışıqlarda nəticə əldə etməkdə çox maraqlıdır, çünki Qafqaz regionunda sabitlik istəyir, ancaq fikrimcə, bu erməni separatçı qruplarla sülh sazişinə nail olmaq mümkün deyil”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir