Dünya

Hindistanın bəzi rayonlarında 55 saatdır yağış yağır: Bayram tədbirləri ləğv edildi – FOTO/VİDEO

Sharing is caring!


Himalay dağlarında bir neçə ölümcül sürüşməyə səbəb olan leysan yağışları Hindistanı bürüyüb.

Məlumata görə, hazırda təbii fəlakət nəticəsində ölənlərin sayı 50 nəfərə yaxındır. Onların arasında sürüşmə zamanı dağılan hindu məbədində ölənlər də var.

Fəlakət baş verən ərazilərdə yağışın təxminən 55 saat davam etdiyi bildirilir.

Faciə ilə əlaqədar Hindistanın avqustun 15-də qeyd etdiyi Müstəqillik Günü münasibətilə bütün mədəni tədbirlərin ləğvi barədə qərar qəbul edilib. İnsanlar evdə qalmağa və sürüşmə baş verə biləcək yerlərə getməməyə çağırılırlar.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir