Dünya

Estoniyanın baş naziri AK rəhbəri vəzifəsinə namizədliyini irəli sürməkdən imtina edib

Sharing is caring!


Estoniyanın baş naziri Kaya Kallas Avropa Komissiyasının (AK) rəhbəri seçkisində namizəd olmaq təklifindən imtina edib.

Qeyd olunur ki, iyunun 6-9-na təyin edilmiş Avropa seçkisində Aİ-nin əsas institutlarının, o cümlədən AK-nin yüksək vəzifəli şəxslərinin təyin edilməsinə səbəb olacaq.

“Mən bu təklifin həm müsbət, həm də mənfi tərəflərini diqqətlə nəzərdən keçirdim, lakin Avropa Uğrunda Liberallar və Demokratlar Alyansının (ALDE) rəhbərliyinə məlumat verdim ki, bu rolu öhdəmə götürməyəcəyəm. Mənim namizədliyimi irəli sürmək Estoniyaya öz problemlərimizi əsas müzakirələrdə qaldırmaq üçün yaxşı imkan verəcək, lakin ola bilsin ki, bu işi mənim namizədliyim olmadan da etmək olar”, – deyə Kallas cümə axşamı mətbuat konfransında bildirib.

Xatırladaq ki, indi Avropa Komissiyasına Ursula fon der Lyayen rəhbərlik edir. O, qarşıdan gələn seçkidə iştirak edəcək.

Mənbə: interfax.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir