Cəmiyyət

Bakıda çəkilən qaz xətti sağlamlıq imkanları məhdud şəxslərin yolunu kəsdi – “Azəriqaz”-dan REAKSİYA

Sharing is caring!

Bakıda piyada səkisinin sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulan hissəsi zəbt edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb. 

Dərnəgüldə yaşayış binalarının yanında sağlamlıq imkanları məhdud şəxslər üçün düzəldilmiş yolu bağlayıblar.

Belə ki, “Azəriqaz” İB tərəfindən həmin hissədən fotoda göründüyü kimi qaz xətti çəkilib. Mövcud vəziyyət sağlamlıq imkanları məhdud şəxslər üçün ciddi çətinlik yaradıb.

Fotolar sosial şəbəkədə müzakirələrə səbəb olub. 

“Azəriqaz” İB-dən məsələnin qeydə alındığı, araşdırılıb ən qısa zamanda tədbir görüləcəyi bildirilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir