Cəmiyyət

Tarixi Qələbəmiz regionda yeni dövrün rəhnidir

Sharing is caring!

       Öz müdrik və müstəqil siyasəti ilə müstəqilliyimizi möhkəmləndirən, sarsılmaz edən Prezident, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı işğaldan azad edərək, müstəqillik və dövlətçilik tariximizin şanlı qəhrəmanlıq salnaməsini yaratdı. Azad edilmiş bütün torpaqlarda tezliklə həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.

            Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində vaxtı ilə işğal altında olan, düşmən tərəfindən yerlə-yeksan edilən torpaqlarımızda həyat yenidən canlanır. Yaxın illərdə həmin ərazilər cənnətə çevriləcək və soydaşlarımız doğma yurd­larına qayıdacaq.

        Füzulidə İcra olunan layihələr Azərbaycanın potensialını göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. Prezident qürurla qeyd edib ki, Azərbaycan heç kimdən heç bir yardım almayıb və almayacaq. Bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

        Əfsuslar olsun ki, bizim tarixi Qələbəmizi həzm edə bilməyənlər var. Bir sıra xarici dövlətlər, beynəlxalq təşkilatları, erməniyə havadarlıq edən bəzi siyasətçilər, diplomatlar  məsələnin hələ tam həll edilmədiyini, hər bir fürsətdə ölkəmizə qarşı iddialar irəli sürülər. Onlar  bölgədə sülhün, təhlükəsizliyin bərqərar olmasının istəmirlər. Azərbaycana qarşı iki standartlarla yanaşırlar. Qanunsuz olaraq Azərbaycanın ərazisinə gəlir, burada təxribatçı mövqe sərgiləyir, hansısa “status “məsələsini qaldırır, revanşist çağırışlar edirlər. Daim insan hüquq və azadlıqlarının müdafiəsi, qorunması müdafiə edən  bu təşkilatlar nə üçün azərbaycanlıların pozulmuş hüquqlarını görmək istəmir? Əlbəttə, bunun cavabı bizə yaxşı məlumdur. Ona görə də davamlı olaraq bütün platformalarda fəal olmalıyıq, öz haqlı mübarizəmizi aparmalıyıq.

Ərəstun Ağayev,

Cəlilabad rayonu, Xanəgah kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir