Bölgə manset

Qazaxda “Tövbə” məscidi kimə lazımdı?

Sharing is caring!

Bu günlərdə sosial şəbəkədə yayılan bir videomüraciət az da olsa bizi araşdırma aparmağa məcbur etdi. Qazax şəhəri Əhməd Seyidov küçəsi 46 saylı evin sakini Xədicəxanım Hüseynzadə adlı qadın məlumat yayaraq bildirmişdi ki, “rayonda bir neçə adamın öz hesabına tikdikləri məscidi sənədləşdirmirlər. Qafqaz Müsəlmanları İdarəsindən tələb edilən rəylə bağlı dəfələrlə yazılı müraciət etsə də, onlara heç cavab da verilməyib”. Sonra Xədicəxanım məscidin sənədləşdirilməsi üçün QMİ-dəki Əlirza adlı məsul işçinin onlardan 2000 manat pul tələb etdiyini söyləyir. Həm də, həyat yoldaşının Əlirzaya mütəmadi olaraq bu işə görə bal-qaymaq verdiyini dilə gətirir.
Qəribədir, əvvəla Qazax şəhərinin mərkəzində yerləşən, rayon əhalisinin yaxşı tanıdığı, namaz qıldığı, eyni zamanda müasir satandartlara cavab verən qədim tarixə malik “Cümə məscidi” olan yerdə kimlərinsə guya öz hesabına tikdirdiyi “Tövbə” məscidi kimə və nəyə lazımdır? Atalar demişkən: “Məscidin içinə məscid sığışmaz”. Yəni, harda görünüb ki, hər kəs öz bildiyini edərək, öz şəxsi ambisiyalarını həyata keçirmək, və ya din altında kimlərəsə qulluq mövqeyini düşünərək məscid yaratsın? Necə deyərlər, məscidlər Allahın evi sayıldığı halda kimlərinsə məscidə oxşar formaların yaradılmasına Allah necə yol verər?
Aparılan araşdırmalar onu göstərdi ki, belə qalmaqallı məsələ vaxtı ilə Xədicəxanım Hüseynzadənin həyat yoldaşı Mircəfər Hüseynzadə tərəfindən də gündəmə gəlibmiş. Maraqlıdır ki, Xədicəxanım Hüseynzadənin əvvəlki adı Röyala, həyat yoldaşı Mircəfər Hüseynzadənin adı isə Rəşad Ələkbərov olub. Burada ad və soyadların dəyişdirilməsi istər-istəməz rayon vətəndaşlarında, həm də əsl din adamlarında da şübhə yaratmamış olmur.
Videomüraciət yayan xanım tikdirdikləri “Tövbə” məscidinin sənədləşdirilməsinə 2000 manat rüşvətin istənilməsində də yanlış məlumat verdiyi üzə çıxır. O, artıq şər-böhtan atmaqla Qafqaz Müsəlmanları İdarəsinin məsul şəxsinə demək olar ki, hədə-qorxu gəldiyi başa düşüləndi. Çünki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən sənədləşməsinə haqlı olaraq icazə verilməyən məscidin rəsmilləşdirilməsi üşün şər-böhtan sonuncu düşüncədir. Təbii ki, Xədicəxanımın söylədiklərinin isbatı üçün əsaslı dəlil və faktlar lazımdır. Bu isə yoxdur. Ona görə də, yalan ayaq tutsa da yeriməz. Dinə qulluq edən insanın bu cür iftra və böhtan danışması daldan atılan daşın topuğa dəyməsi kimi bir şeydir.

Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.

İlham Hacalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir