İqtisadiyyat

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz özəl sektorda 340 mindən çox əmək müqaviləsi bağlanıb”

Sharing is caring!


“Əmək bazarının “ağardılması” məqsədilə əməkhaqları üzrə aparılmış islahatlar sayəsində qeyri-neft-qaz özəl sektorda 340 mindən çox yeni əmək müqaviləsi bağlanıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 14-də Baş nazir Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə “Gülüstan” sarayında keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” adlı konfransda deyib.

Nazir qeyd edib ki, son illərdə vergi sistemində aparılmış köklü islahatlar nəticəsində iqtisadiyyatda şəffaflaşma səviyyəsi yüksəlib, nəticədə 2022-ci ildə tariximizdə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat vergi daxilolması təmin edilib:

“Özəl bölmənin qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında payı 74%-i ötüb. Qeyri-neft-qaz özəl sektorunun cəmi əmək müqavilələrində payı 50%-ə çatmaqdadır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir