Cəmiyyət

Sabirabadda zəncirvari qəza: Xəsarət alanlar var

Sharing is caring!


Sabirabadda baş verən zəncirvari qəza zamanı xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən axşam şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki “Mersedes-Benz” və VAZ-2106 markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Şıxlar kənd sakini 1995-ci il təvəllüdlü Samid Bayram oğlu Rzayev və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yüngül xəsarət aldığından şəxsiyyəti məlum olmayan bir nəfər ilkin tibbi yardımdan imtina edib. S.Rzayev isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir