Cəmiyyət

Qusarda meşəlik ərazidə ağacları kəsib yerini şumladılar – VİDEO

Sharing is caring!


Qusar rayonu, Avaran kəndi yaxınlığından keçən meşədə ağaclar kəsilir, ərazi şumlanır. 

Bu barədə iddia Baku.ws-in “qaynar xətti”nə daxil olub. 

Şikayətçinin sözlərinə görə, ağacları kəsdikdən sonra ərazini şumlayırlar ki, ağacların kəsildiyi bilinməsin. 

Baş verən hadisə ilə bağlı rəsmi qurumlarla əlaqə saxladıq.  

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib ki, məsələ barədə məlumatlıdırlar:

“Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də sözügedən halın araşdırılacağı və məlumat veriləcəyi qeyd edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir