Ana Səhfə Gündəm

Qeyri-ixtisaslı müəllimlərə dərs verilsin – Kollec direktorunun qanunsuz əmri-Foto

Sharing is caring!

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quluyev ixtisası uyğun gəlməyən şəxsləri müəllim kimi dərs yükü ilə təmin etmək üçün absurd əmr verib.
Bu barədə Kollecin sabiq tədris işləri üzrə direktor müavini Nicat Göyüşov saytımıza açıqlama verib.
O bildirib ki, direktor Elşad Quluyevə təqdimatla müraciət edib və ixtisası Kollecdə hər hansı fənni tədris etməyə imkan verməyən şəxslərin olduğunu çatdırıb, bunun üçün dərs yüklərinin bölgüsünün aparılmasının problemə çevrildiyini deyib. Direktor isə bu problemi cəmi bir əmri ilə aradan qaldırmağa çalışıb. Maraqlı isə burasıdır ki, Elşad Quluyevin bu əmri heç bir qanuna və səlahiyyətli orqanların qərarlarına əsaslanmır. Nicat Göyüşov deyib ki, hətta cənab Prezidentin belə imzaladığı sərəncamlarda Konstitusiyamızın hansısa maddəsinə istinad edilir, amma görünür, Kollecin direktoru qanunları saymadığı üçün bu cür addım ata bilib.
Daha bir maraqlı məqam da var. Direktor Elşad Quluyev bu boyda qanunsuz və əsassız əmri niyə möhürləyib, hansı maraq üçün belə qanunsuzluğa gedib? Onlara dərs verməsə, etiraz edəcək həmin müəllimlər direktorun hansı əməlini ortaya çıxara bilərdilər?
Sabiq müavin deyib ki, istənilən halda bu əmrin verilməsi tam əsassızdır, qanunsuzluğun və direktor tərəfindən mövcud qanunvericiliyin sayılmadığının göstəricisidir.
Nicat Göyüşov bu haqda Təhsil Nazirliyinə də faktla birgə müraciət etdiyini bildirib.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir