Dünya

Dövlət Departamentinin mətbuat katibi Baydenə görə istefa verib

Sharing is caring!




ABŞ Dövlət Departamentinin ərəbcə mətbuat katibi Hala Rarrit Prezident Cozef Baydenin Qəzzadakı müharibə ilə bağlı siyasətinə qarşı çıxdığını əsas gətirərək istefa verib.

Məlumata görə, Hala Rarrit Baydenin İsrailə silah göndərilməsi qərarından narazı qalıb.

“Mən 2024-cü ilin aprelində ABŞ-nin Qəzza zolağındakı siyasətinə qarşı 18 illik xidmətdən sonra istefa verirəm”, – deyə o bildirib.

Qeyd edək ki, Hala Rarrit, eyni zamanda, Dubay Regional Media Qovşağının direktor müavini olub və təxminən iyirmi il əvvəl Dövlət Departamentində siyasi və insan haqları üzrə məsul işçi kimi işləməyə başlayıb.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir