Cəmiyyət

Tikinti şirkəti ağacları hasara alaraq qurumasına səbəb oldu – VİDEO

Suraxanı rayonunda yaşayış binası tikilən ərazidə ağaclar hasara alınıb. Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev ünvanında aparılan tikinti işləri zamanı hasara alınan ağacların bir hissəsi quruyub. Məsələ ilə bağlı ağacları hasara alan şirkət açıqlama verməyib. “ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Dünya

Ukraynaya “F-16” qırıcılarının tədarük müddəti bəlli oldu

“ABŞ 2023-cü ilin sonuna qədər “F-16” qırıcılarını Ukraynaya təhvil vermək niyyətindədir, lakin onlar hərbi əməliyyatların gedişatını dəyişməyəcək”. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. “Onlar yəqin ki, ilin sonuna qədər çatdırılacaq, ancaq qırıcılar döyüş meydanında təkbaşına heç bir dəyişiklik etməyəcək”, – Kirbi bəyan edib. O, qeyd edib ki, […]

Kriminal

Ərinin pulunu sevgilisindən ala bilmədiyi üçün onu öldürdü – CİNAYƏT İŞİ + VİDEO

Qadın həyat yoldaşının pulunu sevgilisindən ala bilmədiyi üçün onu qətlə yetirib. Belə ki, şahmatçı Anarla (Adlar şərtidir) evli olan Rəşidə həyat yoldaşını deyil, Vüqarı sevirdi. Onlar gizli olsa da, tez-tez görüşürdülər. Vüqarın maddi sıxıntılarının olmasına baxmayaraq, onlar əyləncələrindən qalmırdılar. Vüqar beş aydan çox idi ki, işdən çıxarılmışdı. Buna görə də Rəşidədən qaytarmaq şərti ilə borc […]

Siyasət

Ceyhun Bayramov FAO-nun Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb – FOTO

20 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayatı qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. İlk növbədə təşkilatın nümayəndəsinin etimadnaməsi nazir Ceyhun Bayramova təqdim olunub. Nazir Ceyhun Bayramov nümayəndəyə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. […]

İqtisadiyyat

Bankların komissiya haqları niyə yüksəkdir? – VİDEO

Bəzən bir bank kartından digər bank kartına az bir məbləğ köçürən zaman bəzi banklar müştərilərdən kifayət qədər yuxarı həddə komissiya haqqı tuturlar. Bu, özünü başqa bankın bankomatında edilən nağdlaşdırma zamanı da göstərir. Bəs bu komissiya haqları nə üçün yüksəkdir? Ümumiyyətlə, bu məsələ necə tənzimlənir? Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar bildirirlər ki, bankların ən sadə əməliyyatlar zamanı əlavə […]

Cəmiyyət

Son nəfəsini nəzakətinə, əxlaqına sərf edən Natəvan Babayeva… – FOTO

Tanınmış aparıcı Natəvan Babayevanın uzunsürən xəstəlikdən sonra bu gün vəfat etməsinin ardından onunla uzun illər çiyin-çiyinə çalışmış jurnalistlər xatirələrini sosial şəbəkə hesablarında paylaşıblar. Oxu.Az xəbər verir ki, tanınmış jurnalist, REAL TV-yə rəhbərlik edən Mirşahin Ağayev keçmiş əməkdaşını son nəfəsində görənlərdən olub: “Nəfəs kimi kəsildi bacımız. Allah onu bizdən çox istədi! Darıxacağıq hamımız. Ölümündən bir saat əvvəl bizə […]

Dünya

Çinin Odessadakı Baş Konsulluğu Rusiyanın atəş zərbələrinə tuş gəldi – FOTO

Ötən gecə Ukraynanın Odessa şəhərinə Rusiyanın raket hücumu nəticəsində Çinin Baş Konsulluğunun binasına ziyan dəyib. Bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib. Onun sözlərinə görə, rusiyalı hərbçilər, həmçinin məqsədyönlü şəkildə liman infrastrukturunu da atəşə tutublar. Zərbələr nəticəsində inzibati binalara və yaşayış binalarına da ziyan dəyib. Baş konsulluğun yerləşdiyi Naximov küçəsində polis əməkdaşları […]

İdman

“İnter Mayami” daha bir “Barsa” futbolçusunu transfer etdi

Jordi Alba “İnter Mayami” klubuna keçib. MLS komandası 34 yaşlı müdafiəçi ilə müqavilə imzaladığını açıqlayıb. Müqavilənin müddəti hələlik məlum deyil. Xatırladaq ki, daha əvvəl Albanın “Barselona”dakı keçmiş ortaqları Lionel Messi və Serci Buskets də Mayami təmsilçisinə qatılıb. Qeyd edək ki, Jordi 2012-ci ildən “Barselona”da çıxış edir. Bu ilin mayında müdafiəçi Kataloniya klubu ilə müqaviləyə xitam […]

Cəmiyyət

Həmkarı Natəvan Babayevanın xəstəxanada dediklərini yada saldı: “Axı mən gecə heç nəfəs ala bilməyəcəm” – FOTO

Vəfat edən tanınmış aparıcı Natəvan Babayevanın keçmiş iş yoldaşı, jurnalist Ləman Ələşrəfqızı bu gün xəstəxanada həmkarını son ziyarəti barədə danışıb. Oxu.Az-ın məlumatına görə, L.Ələşrəfqızı bu barədə “Facebook” hesabında paylaşım edib. “Salam Natış. Necəsən? Təəccüblə üzümə baxdı. Səsim tanış gəldi yoxsa üzüm, bilmədim. Heç nə demədi. Ona qulluq edən başıörtülü xanıma narazı səslə dedi ki, çağırın da tibb bacısını. Qadın […]

İdman

Başiç: “Neftçi” ilə oyunlar üçün taktiki cəhətdən sürprizlərimiz olacaq”

“Artıq təyyarədə “Neftçi” ilə oyuna hazırlaşmağa başlayacağıq”. Oxu.Az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun baş məşqçisi Nermin Başiç deyib. Konfrans Liqasının I təsnifat mərhələsində Belarusun “Dinamo” klubunu mübarizədən kənarlaşdırıb (2:2, 2:1), II təsnifat mərhələsində “Neftçi”yə rəqib olan komandanın çalışdırıcısı “ağ-qaralar”la oyunu səbirsizliklə gözlədiklərini deyib: “Artıq “Neftçi”ni təhlil etməyə başlamışıq. Növbəti oyuna kimi […]