Cəmiyyət

Son nəfəsini nəzakətinə, əxlaqına sərf edən Natəvan Babayeva… – FOTO

Sharing is caring!


Tanınmış aparıcı Natəvan Babayevanın uzunsürən xəstəlikdən sonra bu gün vəfat etməsinin ardından onunla uzun illər çiyin-çiyinə çalışmış jurnalistlər xatirələrini sosial şəbəkə hesablarında paylaşıblar.

Oxu.Az xəbər verir ki, tanınmış jurnalist, REAL TV-yə rəhbərlik edən Mirşahin Ağayev keçmiş əməkdaşını son nəfəsində görənlərdən olub:

“Nəfəs kimi kəsildi bacımız. Allah onu bizdən çox istədi! Darıxacağıq hamımız. Ölümündən bir saat əvvəl bizə dediyi sözləri unutmayacağam: “Nə xəcalət verirsiniz? O boyda yolu durub gəlməyə nə ehtiyac vardı axı, ay müəllim?

Ağ ciyərlərinin dibində qalan son hava udumlarını Natəvan nəzakətinə, əxlaqına, kimsəyə narahatlıq verməmək xasiyyətinə sərf etdi! Əlvida, əziz Natəvan! Hamımızın doğması Natəvan! Sözün həqiqi mənasında son nəfəsədək bizimlə olan, son nəfəsini bizə verib gedən bacımız! 
Qəribədi… Mənə elə gəlir ki, bayaqdan aldığım nəfəs mənim deyil”.

Bir digər həmkarı Qənirə Ataşova isə Natəvan Babayevanın vəfatına belə reaksiya verib:

“Həmişə səni sevəcəyəm. Yaddaşımda ən gözəl günlərimizi saxlayacağam. Tanışlığımız, dostluğumuz, dalaşmağımız, yola çıxmağımız, ev qurmağımız, ana olmağımız, qardaşın Xəqaninin toyundakı rəqsimiz… Fərqli idik. Sən sakit, mən alovlu. Amma bir-birimizdə tarazlıq yaradırdıq. Bu dünyanın gözəl tərəfi ölümün olmasıdır, əziz Natam. Pis tərəfi odur ki, sən tez getdin. 14 yaşında uşağın sevgisiz qaldı. Əgər o dünya varsa, görüşəcəyik”.

Uzun illər Natəvan Babayeva ilə eyni telekanalda çalışan aparıcı Aytən Səfərova onunla son dəfə danışdıqları barədə yazıb:

“Çox pis oldum, Natəvan. Məkanın cənnət olsun. Son dəfə səninlə danışanda, səsində ümid vardı. Amma o ümid bu gün son nəfəslə getdi. Sən yaxşı insan, həmkar idin. Allah rəhmət eləsin! Natışım…”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir