Dünya

Ukraynaya “F-16” qırıcılarının tədarük müddəti bəlli oldu

Sharing is caring!


“ABŞ 2023-cü ilin sonuna qədər “F-16” qırıcılarını Ukraynaya təhvil vermək niyyətindədir, lakin onlar hərbi əməliyyatların gedişatını dəyişməyəcək”.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Onlar yəqin ki, ilin sonuna qədər çatdırılacaq, ancaq qırıcılar döyüş meydanında təkbaşına heç bir dəyişiklik etməyəcək”, – Kirbi bəyan edib.

O, qeyd edib ki, ukraynalıların həqiqətən ehtiyacı artilleriya, döyüş sursatları, hava hücumundan müdafiə sistemləri və tanklardır.

“Biz bunların hamısını görünməmiş sürətlə böyük həcmdə təmin etmişik”, – o əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir