İdman

Başiç: “Neftçi” ilə oyunlar üçün taktiki cəhətdən sürprizlərimiz olacaq”

Sharing is caring!


“Artıq təyyarədə “Neftçi” ilə oyuna hazırlaşmağa başlayacağıq”.

Oxu.Az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun baş məşqçisi Nermin Başiç deyib.

Konfrans Liqasının I təsnifat mərhələsində Belarusun “Dinamo” klubunu mübarizədən kənarlaşdırıb (2:2, 2:1), II təsnifat mərhələsində “Neftçi”yə rəqib olan komandanın çalışdırıcısı “ağ-qaralar”la oyunu səbirsizliklə gözlədiklərini deyib:

“Artıq “Neftçi”ni təhlil etməyə başlamışıq. Növbəti oyuna kimi hazır olacağıq. Bakını çox bəyəndik. Bir daha buraya gəlməyi və güclü “Neftçi”yə qarşı oynamağı səbirsizliklə gözləyirik. Matçın çətin olacağını bilirik. Təslim olmağı düşünmürük. “Neftçi”nin Rusiyadakı bütün oyunlarını izləmişik. Hazır olacağıq. “Neftçi” ilə oyunlar üçün taktiki cəhətdən müəyyən sürprizlərimiz olacaq”.

N.Başiç Adrian Mutunun “Neftçi”yə yeni baş məşqçi təyin olunmasının qarşıdakı oyunlara böyük təsir etməyəcəyini əlavə edib:

“Düşünmürəm ki, Mutuun “Neftçi”yə yeni təyin olunması onlara çətinlik yaratsın. “Neftçi” böyük klubudur və öz oyun üslubu var. Özüm də burada cəmi üç aydır, çalışıram. Düşünmürəm ki, bu məqamlar çox təsir etsin”.

Qeyd edək ki, UEFA Belarus klublarına ev oyunlarını ölkələrində keçirməyə icazə vermədiyindən “Dinamo” – “Jelezniçar” matçı Bakıdakı “Azersun Arena”da keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir