Cəmiyyət

Həmkarı Natəvan Babayevanın xəstəxanada dediklərini yada saldı: “Axı mən gecə heç nəfəs ala bilməyəcəm” – FOTO

Sharing is caring!


Vəfat edən tanınmış aparıcı Natəvan Babayevanın keçmiş iş yoldaşı, jurnalist Ləman Ələşrəfqızı bu gün xəstəxanada həmkarını son ziyarəti barədə danışıb.

Oxu.Az-ın məlumatına görə, L.Ələşrəfqızı bu barədə “Facebook” hesabında paylaşım edib.

“Salam Natış. Necəsən? Təəccüblə üzümə baxdı. Səsim tanış gəldi yoxsa üzüm, bilmədim. Heç nə demədi. Ona qulluq edən başıörtülü xanıma narazı səslə dedi ki, çağırın da tibb bacısını.

Qadın məni işarə edərək soruşdu: Xanımı çölə çıxardım? Əli ilə “yox” işarəsi etdi. “Tibb bacısını çağırın, axı mən gecə heç nəfəs ala bilməyəcəm” dedi. Natış…. Mənə sıfır reaksiya… Amma danışır, qıvrılır, nəfəsi gedir, can çəkişir.

Palatadan çıxdım. Hönkürə-hönkürə. Kimsə mənə kiçik əl dəsmalını verdi. 

“Alın, təmizdir” dedi. 

Göz yaşlarımı silə-silə dəsmalın ayrılıq olduğunu xatırladım. Əlvida, Natəvan. Tanrı dağında görüşənədək”, – deyə jurnalist paylaşımında qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir