İdman

Çempionlar Liqasında yeni mövsüm başlayır

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

“XəbərAl.az” xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq. Günün ilk matçları Bakı vaxtı saat 20:00-da başlayacaq. Estoniya “Flora”sı Malta “Hibernians”ını, Macarıstan “Ferentsvaroş”u Kosovo “Priştina”sını, Finlandiya HİK-i isə Monteneqro “Buduçnost”unu qəbul edəcək.

Digər oyunlarda Şimali İrlandiyanın “Linfild” klubu Litva “Jalgiris”inin, Bosniya və Herseqovinanın “Borats” komandası isə Rumıniya ÇFR-inin qonağı olacaq.
 
Günün son görüşlərində isə “Fola Eş” (Lüksemburq) “Linkoln”la (Cəbəllütariq), “Şkendiya” (Şimali Makedoniya) isə “Mura” (Sloveniya) ilə qarşılaşacaq.
 
Çempionlar Liqası
2021/22 mövsümü
I təsnifat mərhələsi (İlk oyunlar)
6 iyul
 
20.00 Flora (Estoniya) – Hibernians (Malta)
20.00 Ferentsvaroş (Macarıstan) – Priştina (Kosovo)
20.00 HİK (Finlandiya) – Buduçnost (Monteneqro)
21.00 Jalgiris (Litva) – Linfild (Şimali İrlandiya)
21.00 ÇFR (Rumıniya) – Borats (Bosniya və Herseqovina)
21.30 Fola Eş (Lüksemburq) – Linkoln (Cəbəllütariq)
22.00 Şkendiya (Şimali Makedoniya) – Mura (Sloveniya)
 
Qeyd edək ki, bu raundun digər 9 oyunu iyulun 7-də baş tutacaq. Cavab qarşılaşmaları isə 13-14 iyulda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir