İdman

“İnter Mayami” daha bir “Barsa” futbolçusunu transfer etdi

Sharing is caring!


Jordi Alba “İnter Mayami” klubuna keçib.

MLS komandası 34 yaşlı müdafiəçi ilə müqavilə imzaladığını açıqlayıb. Müqavilənin müddəti hələlik məlum deyil.

Xatırladaq ki, daha əvvəl Albanın “Barselona”dakı keçmiş ortaqları Lionel Messi və Serci Buskets də Mayami təmsilçisinə qatılıb.

Qeyd edək ki, Jordi 2012-ci ildən “Barselona”da çıxış edir. Bu ilin mayında müdafiəçi Kataloniya klubu ilə müqaviləyə xitam verib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir