Cəmiyyət

Lerikdə evdə partlayış: Xəsarət alanlar var

Sharing is caring!


Lerikdə evdə partlayış olub, iki nəfər xəsarət alıb.

“Report”un cənub bürosunun məlumatına görə hadisə axşam saatlarında rayonun Noda kəndində baş verib.

Belə ki, rayonunun Noda kənd sakinləri 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova maye qaz balonunun partlaması nəticəsində ağır yanıq xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Məmmədovanın vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir