Cəmiyyət

Qəbələdə sakinlər şəxsi mülk ərazisində olan quyudan istifadə edə bilmir – VİDEO

Sharing is caring!


Qəbələnin Vəndam qəsəbəsində artezian quyusu şəxsi mülkiyyətdə olan torpaq sahəsində yerləşir. Sakinlər iddia edir ki, mövcud vəziyyətə görə quyudan istifadə edə bilmirlər.

Xezerxeber.az xəbər verir ki, Qəsəbədə 1990-cı illərin sonu 2000-ci illərin əvvəlində həyata keçirilən aqrar islahat zamanı dörd artezian quyusu əmlak kimi bələdiyyəyə təhvil verilib. “Kənd ayağı” deyilən məhəllədə olan artezian quyusunun yerləşdiyi ərazi isə şəxsi mülk kimi Abil Həşimova verilib. Həmin vətəndaş torpaq sahəsini hasara alıb. İddialara görə, quyunun şəxsi mülkiyyətdə olan ərazidə yerləşməsi su ilə təchizatda probemlər yaradır.

Sakinlər iddia edir ki, torpaq sahibi ərazidən istifadəyə icazə vermir, quyunun işə salınması üçün mühərrik və digər avadanlıqları da bu səbəbdən təmir edə bilmir.

Abil Həşimov isə artezian quyusunun onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini bildirib, su ilə təminat məsələsində digər sakinlərin iddialarını əsassız hesab edir.

Daha ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir