Dünya

Antalyada turistlərin olduğu gəzinti qayığı batıb: Ölən var – FOTO/VİDEO

Türkiyənin Antalya şəhərində içərisində turistlər olan gəzinti qayığı batıb. Bu barədə “Baza” “Telegram” kanalı Rusiya Baş konsulluğuna istinadla xəbər verib. Göyərtədə 38 nəfər olub. Onların azı 12-si Rusiya vətəndaşı olub. Qayıqda olanlardan 37 nəfəri xilas edilib, bir Rusiya vətəndaşı isə ölüb.  

Dünya

“Ölümcül mərhələyə qədəm qoyuruq” – Ağ Evdən XƏBƏRDARLIQ

ABŞ-da Ağ Evin koordinatoru Debora Birks pandemiyanın yeni təhlükəli mərhələsi barədə xəbərdarlıq edib. “The Washington Post” xəbər verir ki, Ağ Ev koronavirus hallarının artmasının test sayının çoxalması ilə əlaqəli olduğunu qəbul etmir və bu həftə gündə 100 mindən çox infeksiya hadisəsinin qeydə alınacağına inanır: “Biz pandemiyanın ölüm səviyyəsinin artmasına səbəb olacaq ən ciddi və ölümcül […]

Dünya

İzmir zəlzələsində həlak olanların sayı 109-ə çatdı – VİDEO

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həyatını itirənlərin sayı 109-a çatıb. Bu barədə “Haber Global” məlumat yayır. Zəlzələ nəticəsində yaralanan 1036 nəfərin 138-nin müxtəlif xəstəxanalarda müalicəsi davam edir. 14:15 Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 105-ə çatıb. “Haber Global” məlumat verir ki, 1027 yaralının 833-ü evə buraxılıb, 144-ü xəstəxanalarda müalicə […]

Müharibə

“Budapest Times”da II Qarabağ müharibəsinə dair məqalə dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyevin Macarıstanın nüfuzlu ingilis dilli nəşri “Budapest Times”-da “Cənubi Qafqazda döyüşləri nə dayandıra bilər?” başlıqlı məqaləsi dərc olunub. BMTM-dən verilən məlumata görə, məqalədə II Qarabağ müharibəsinin başlamasına Minsk qrupunun 27 illik uğursuz vasitəçiliyi və Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə təxribatçı addımlarının səbəb olduğu qeyd olunub. Məqalədə […]

Siyasət

“Haber Türk”: “İlham Əliyevin yüksək əhvalı döyüş meydanında işlərin yaxşı getdiyinin xülasəsi kimiydi”

Türkiyədə Bozok Universitetinin dekanı, “Haber Türk” saytının müxbiri, professor Kürşad Zorlu dünən Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımın başçılıq etdiyi heyətlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşündən yazıb. O, qeyd edib ki, İlham Əliyev bizi “Evinizə xoş gəldiniz”, deyərək çox xoş qarşıladı. “Qarabağın işğaldan azad edilməsinin 35-ci günündə qardaş Azərbaycan torpaqlarındayıq. Bəlkə də çox danışılmır, amma […]

Cəmiyyət

Məktəblərdə yoxlamalar: Dörd direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verildi – RƏSMİ

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə 7-9 oktyabr tarixlərində 100 dövlət ümumtəhsil məktəbində monitorinq aparılıb. Monitorinq Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrin tələblərinə uyğun olaraq həyata keçirilib. Nazirlikdən verilən məlumata görə, monitorinq nəticəsində yoxlama aparılmış 74 ümumtəhsil məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda […]

Dünya

Avstriyada üç günlük matəm elan edildi

Avstriyada üç günlük milli matəm elan edilib. Bütün Avstriya ərazisində kilsə zəngləri çalınacaq. “Wiener Zeitung” xəbər verir ki, bunun səbəbi dünən axşam Vyananın mərkəzində terrorçu tərəfindən insanların kütləvi güllələnməsidir. Federal xidmət və şöbələrin binalarında bayraqlar yarıya qədər endirilib. Terror aktı ilə əlaqədar bu gün yerli vaxtla saat 12:00-da Avstriyada bir dəqiqəlik sükut olacaq.

Xarici siyasət

Ağrı dağ Azərbaycan və Türkiyə bayraqlarına bürünəcək – FOTO

Ağrı Bələdiyyə başçısı Savcı Sayanın “Facebook”da etdiyi paylaşım böyük rəğbətlə qarşılanıb.  O, Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu fotonun tezliklə Ağrı dağ üzərinə həkk olunacağını, bunun üçün sürətli iş aparıldığını qeyd edib. “Ağrı Bələdiyyəsi olaraq sürətli bir iş üzərində çalışırıq. Tezliklə Ağrı dağının Ermənistana baxan tərəfində bu görüntünü görəcəksiniz”. Qeyd edək ki, bələdiyyə sədrinin paylaşdığı foto son günlər […]

Maqazin

“Əmr et Şuşada bayraq sancmağa”

Tanınmış aparıcı Kəmalə Piriyeva sosial mediadakı paylaşımı ilə diqqət çəkib. Xəbəral.az xəbər verir ki, aparıcı sosial media hesabında video paylaşıb. Videoda vaxtı ilə ermənilərin Şuşada yallı getməsi, içki məclisi qurması, çalıb oynaması lentə alınıb. Ardınca isə bizim igidlərimizin erməni dığalarını darmadağın etdiyi görüntülər yayılıb. Kəmalə Piriyeva isə videoya: “Vur komandir, vur! Qisas almağa. Əmr et, […]

Şou-Biznes

“Onu yayan səhifələrə demək istəyirəm ki, utanmırsınız?”

“Pandemiyadan istifadə edərək xeyli lazımsız janrda musiqilər çıxdı. Yeni bir janrdır – “milçək janrı”. İndi onlar hərbi vətənpərvərlik janrına toxunmaq istəyir. Amma olmaz”. Xəbəral.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov MTV telekanalında yayımlanan “10da görüşək” verilişində qonaq olan zaman deyib. Sənətçi hər adamın vətənpərvərlik mövzusunda yazmağının əlehinə olduğunu deyib: “Son zamanlar elə […]