Xarici siyasət

Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı müzakirə olunur

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı müzakirəyə çıxarılıb. Xəbəral.az xəbər verir ki, etiraz bəyanatının mətnini Milli Məclisin sədri Sahibə Qafarova oxuyur. Bəyanatda bildirilib ki, Fransa haqsızı müdafiə etməkdən əl çəkməli, haqlının yanında olmalıdır: “Azərbaycan xalqı bundan sonra da Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək dövlətimizə və xalqımıza qarşı […]

Siyasət

Sahibə Qafarova: “Dekabrın 1-dək Laçın rayonu da işğaldan azad ediləcək”

“Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə hər kəsi təbrik edirəm”. Xəbəral.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Sədr əmin olduğunu bildirib ki, dekabrın 1-dək Laçın rayonu da işğaldan azad ediləcək: “Laçın rayonunda da Azərbaycan bayrağı dalğalanacaq. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq Olsun Azərbaycan […]

Siyasət

Milli Məclisin iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Xəbəral.az xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır: Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik […]

Cəmiyyət

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.   Hazırlanmış layihəyə uyğun olaraq 5 girişli, 9 mərtəbəli Alı Mustafayev küçəsi 10 və 12 saylı ümumi yaşayış binalarının fasadlarında başlanılmış bərpa və rəngləmə işləri […]

Kriminal

Azərbaycanda 16 milyon manat mənimsəyən iş adamını hansı vəzifəli şəxs himayə edib? — Şok cinayət işi

Azərbaycanda dələduzluqda ittiham olunan iş adamı Ceyhun Canıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Xəbəral.az-ın əldə etdiyi məlumata görə, Ceyhun Canıyev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü guya xaricdə yaşayan müxtəlif iş adamları ilə etibarlı əlaqəsi olan, Azərbaycan Respublikasında yaradılacaq çox şaxəli biznes fəaliyyətinin rəhbəri kimi […]

Sosial

Mərkəzi Gömrük Hospitalı xəstə qəbulunu dayandırdı – RƏSMİ

Mərkəzi Gömrük Hospitalı pasiyent qəbulunu yenidən dayandırıb. Bu barədə  Mərkəzi Gömrük Hospitalının Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hospital noyabrın 20-dən etibarən yenidən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Bu zaman hospitalda yalnız COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərilir.

Cəmiyyət

Bu gün Milli Məclisin iclası keçiriləcək

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə altı məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). 2. “Azərbaycan Respublikasının […]

Müharibə

Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib – VİDEO

Kəlbəcər rayonu Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti altında təhvil verilib. TASS xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya sülhməramlı kontingentinin hərbçiləri Kəlbəcər rayonunun Azərbaycan tərəfinə təhvil verilməsi zamanı mülki əhalinin təhlükəsiz və mütəşəkkil köçürülməsini təmin etdilər”, – məlumatda bildirilib. Qeyd edək ki, Kəlbəcərin təhvil verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı […]

Mədəniyyət

“Netflix” nominasiyalar üzrə “Oskar” mükafatında yeni rekordçu ola bilər

“Netflix” 2021-ci ildə “Oskar” mükafatının təqdimetmə mərasimində “Ən Yaxşı Film” nominasiyaları üzrə yeni rekordçu ola bilər. Bu barədə “Variety” xəbər yayıb. İlkin məlumatlara görə, “Netflix”in namizədləri arasında Aaron Sorkinin “The Trial of the Chicago 7” və Devid Finçerin “Mank”, Nikol Kidmanın iştirakı ilə “Ma Rainey’s Black Bottom”, Meril Stripin oynadığı “The Prom”, Spayk Linin “Da […]

İdman

“Qarabağ” İstanbulda məşqə çıxdı – FOTO

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyunundan əvvəl son məşqinə çıxıb. Bununla bağlı fotolar klubun rəsmi “Facebook” hesabında yayımlanıb. Həmin fotoları təqdim edirik:   Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 21:55-də başlayacaq “Qarabağ”-“Sivasspor” qarşılaşması İstanbul şəhərində keçiriləcək.