Dünya

Tramp növbəti seçkilərdə iştirak etməyə planlaşdırır

ABŞ Prezidenti Donald Tramp öz müşavirləri ilə birlikdə 2024-cü ildə prezident seçkilərində namizədliyi planlarını müzakirə edib. Bu barədə “Axios” nəşri yazıb. Nəşr qeyd edir ki, bu informasiya Tampın mübarizəni sona qədər davam etdirmək, məhkəməyə müraciət etmək barədə fikirlərinə baxmayaraq, məğlubiyyəti anladığını göstərib.

Müharibə

Rusiya sülhməramlıları Qarabağa yerləşdirilir

Rusiya noyabrın 10-u Bakı vaxtı ilə 07:00-dan Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingent yerləşdirməyə başlayacaq. TASS bununla bağlı Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Qeyd edək ki, Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının […]

Dünya

İrəvanda etirazçılar Ermənistanda Nazirlər Kabinetinin yenidən qurulmasını tələb edir

İrəvanda Ermənistan parlamentinin binasına toplaşan etirazçılar tələblərini açıqlayıblar. Bununla bağlı “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, etirazçılar Ermənistanda Nazirlər Kabinetinin yenidən qurulmasını tələb edir. Qeyd edək ki, Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanatdan sonra […]

Müharibə

Ermənistan Müdafiə Nazirliyi: “Qarabağla bağlı razılaşmaya əməl edəcəyik”

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanata əməl edəcəyini açıqlayıb. Bununla bağlı TASS məlumat yayıb. “Razılaşmanın bütün şərtlərinə əməl edəcəyik”, – məlumatda bildirilib.

Ölkə

Prezident İlham Əliyev xalqa müraciət edib – VİDEO

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Xəbəral.az müraciəti təqdim edir: – Əziz həmvətənlər. Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri […]

Xarici siyasət

Hulusi Akar: “Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!”

“Qələbə! Qələbə! Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!” Türkiyə Müdafiə Naziri Hulusi Akar sosial şəbəkə üzərindən yaydığı paylaşımda belə yazıb. Nazir qeyd edib ki, Azərbaycan Ordusu qarşısında ağır itkilər verən, son olaraq Şuşanı itirən Ermənistan Kəlbəcər, Ağdam, Laçından və nəticədə Dağlıq Qarabağdan tamamilə çəkiləcək!