Müharibə

Rusiya sülhməramlıları Qarabağa yerləşdirilir

Sharing is caring!

Rusiya noyabrın 10-u Bakı vaxtı ilə 07:00-dan Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingent yerləşdirməyə başlayacaq.

TASS bununla bağlı Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir