Xarici siyasət

Mustafa Şəntop Azərbaycan xalqını təbrik etdi – FOTO

Azərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət düşməni tərəfindən də qəbul edildi. Bu gözəl gecənin şanı əbədi olsun! Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop “Twitter” hesabında yazıb. “Tarixin faciəli bir səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Bayraq və azan Qarabağda yenidən yüksəldi. Qardaş Azərbaycanın qəhrəman ordularının zəfərini ürəkdən təbrik edir, şəhidlərimizi bir […]

Siyasət

İlham Əliyev: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”

Biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə açıqlana biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, […]

Siyasət

Prezident: “Milli məsələlərdə siyasi baxışlarından asılı olmayaraq biz hamımız birləşə bilirik”

Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Xəbəral.az xəbər verir ki, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində söyləyib. Dövlətimizin […]

Müharibə

Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanatı imzalamaqdan başqa çıxış yolunun olmadığını açıqlayıb. Bu barədə Ermənistan mətbuatı yazıb. “Mən bu vəziyyətlə bağlı sizə çox şeyi demək istəyirəm, ancaq hələ ki deyə bilmərəm. Çünki mənim sözlərim mövqelərdə dayanan əsgərləri təhlükəyə atacaq. Yaxın günlərdə mütləq hər şey barədə danışacağam. Mən bilirəm ki, informasiya verməyə borcluyam, ancaq indi bunu […]

Müharibə

Yaralı olan Avropa çempionumuz: “Cəbhəyə könüllü getmişəm” – FOTO

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə güləşçilər də iştirak edir. Onlardan biri də sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında dünya çempionu Qalib Əliyevdir. Döyüşlərin birində yaralanan Gəncə güləş məktəbinin yetirməsi hazırda Bakıda yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır. Qalib yaxın günlərdə hospitalı tərk edəcək: “Sərbəst güləş […]

Ölkə

DİN-dən vətəndaşlara MÜRACİƏT

“Bu gün – noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi paytaxt Bakı ilə yanaşı, respublikamızda böyük sevinclə qarşılanıb. Xalqımıza göstərdikləri birliyə və böyük ehtirama görə minnətdarlığımızı bildiririk”. Bu sözlər Daxili İşlər Nazirliyinin müraciətində yer alıb. “Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ölkəmizdə tətbiq edilən hərbi vəziyyət rejiminin və koronavirus infeksiyanın […]

Siyasət

İlham Əliyev: “Naxçıvanla Azərbaycanın əsas hissəsi quru yolla birləşdiriləcək”

Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı bəyanatında Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edilir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. “Bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda burada göstərilir ki, yeni nəqliyyat, kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, dəstəkləmişik. Mənim təkidimlə bu bənd bu bəyanata […]

Müharibə

Bu gün Türkiyə və Rusiya sülhməramlıları Dağlıq Qarabağda fəaliyyətlə bağlı razılaşmanı imzalayacaqlar

Bu gün Türkiyə ilə Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti monitorinqi ilə əlaqədar sənədin imzalanması nəzərdə tutulur. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. Noyabrın 10-da Türkiyə və Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti və monitorinqi ilə əlaqədar razılaşma sazişinin imzalanması gözlənilir.

Siyasət

Prezident İlham Əliyev: “Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən biz qaytarırıq”

“Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir”. Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib. “Şuşanın işğaldan azad edilməsidir. Şuşa Qarabağın tacıdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni […]