Siyasət

İlham Əliyev dörd polkovnikə general-mayor rütbəsi verdi – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib: polkovnik Ağamir Əzizxan oğlu Sultanova polkovnik Anar Təvəkkül oğlu Kərimova polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə polkovnik Zaur Sabir oğlu Məmmədova.

Ölkə

Azərbaycanda hərbi vəziyyət ləğv edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də, saat 00.00-dan “Hərbi vəziyyətin ləğv olunması haqqında” fərmanının təsdiq edilməsi məsələsi Milli Məclisdə müzakirə olunacaq. Bu barədə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib. Məsələ Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq.

Sənaye və energetika

Avropa Komissiyası Xəzər qazının Avropaya nəqlini alqışlayır – VİDEO

Avropa Komissiyası Cənub Qaz Dəhlizinin sonuncu tərkib hissəsi olan Trans Adriatik Boru (TAP) kəmərinin istismara verilməsinin alqışlayıb. Bu barədə Avropa Komissiyasının iclasında məlumat verilib. Bildirilib ki, layihə sayəsində Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz İtaliyaya nəql edilir. Komissiyanın nümayəndəsi Tim Makfi deyib ki, Avropa Birliyi rəhbərliyi Yunanıstanı Albaniya vasitəsilə İtaliyaya bağlayan və Xəzər qazını Avropa Birliyi istehlakçılarına çatdıran TAP-ın fəaliyyətə başlamasını alqışlayır: […]

Mədəniyyət

“Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı kitab-kataloq çap olundu

“İstanbulda yerləşən Türk və İslam Əsərləri Muzeyi (TİƏM) dünyaca məşhur, zəngin sənət əsərlərinə malikdir. Onların arasında türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycana aid bir sıra sənət nümunələri, o cümlədən ecazkar xalçalar da xüsusi yer tutur”. Bu sözləri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib. O bildirib ki, əksər muzeylər kimi burada qorunub saxlanılan Azərbaycan […]

Hərbi

Şəhid anası onlara verilən 10 mini orduya bağışladı

İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun stansiya Karrar qəsəbəsinin sakini Məlik Zülfüqarovun anası şəhid üçün dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb. XəbərAl.az xəbər verir ki, Yeganə Ədilova 10 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən […]

Cəmiyyət

TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus xəstələrdən pul alınması ilə bağlı iddialara münasibət bildirib. TƏBİB-dən verilən məlumata görə, son bir il ərzində COVID-19 pandemiyası bütün dünyanı çətin sınaq qarşısında qoyub: “Bu bəşəri bəla ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında operativ qərargahda iştirak edən bütün dövlət qurumları infeksiyanın […]

Maqazin

Şəhidlərimizin xatirəsinə mahnı həsr olundu – VİDEO

Bəstəkar-müğənni Hacı Nazim şəhidlərimizin əziz xatirəsinə həsr olunan yeni layihəsini təqdim edib. XəbərAl.az xəbər verir ki, sənətçi şair Hüseyn Kürdoğlunun sözlərinə mahnı bəstələyərək ifa edib. Layihə şairin nəvəsi, memar Toğrul Ruslanoğlunun təşəbbüsü ilə ərsəyə gəlib. Mahnının qiraət hissəsini Xalq artisti Nurəddin Mehdixanlı səsləndirib. Sözügedən layihəni təqdim edirik:

Müharibə

İtalyan parlamentarilər Gəncə və Ağdama səfərləri barədə – FOTO

Gəncədə erməni terroru nəticəsində böyük dağıntıların yarandığı əraziyə və Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən İtaliya parlamentinin nümayəndə heyətinin üzvləri öz təəssüratlarını sosial şəbəkələrdəki hesablarında paylaşıblar. XəbərAl.az xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki əhalinin bombalanmasının dəhşətli nəticələri ilə tanış olduqlarını və […]

AKTUAL

BDU-nun dosenti vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) İqtisadi nəzəriyyə kafedrasının dosenti Qarayev Fərhad Mirzəağa oğlu vəfat edib. XəbərAl.az xəbər verir ki, F.Qarayev 68 yaşında dünyasını dəyişib. Qeyd edək ki, F.Qarayev 1977-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.(report.az)