Hərbi

Şəhid anası onlara verilən 10 mini orduya bağışladı

Sharing is caring!

İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun stansiya Karrar qəsəbəsinin sakini Məlik Zülfüqarovun anası şəhid üçün dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

XəbərAl.az xəbər verir ki, Yeganə Ədilova 10 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısına da təşəkkür edib.

Evin tək oğlu olan Məlik Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb. Torpaqlarımızı azad etmək uğrunda qəhrəmanlıqla şəhid olub.

19 yaşlı şəhidimiz 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir