Cəmiyyət

Xırdalanın bir hissəsində su kəsildi

Su kəmərində baş vermiş qəza ilə əlaqədar Xırdalan şəhərinin bir hissəsinə (kənd Xırdalan adlanan hissə və ona yaxın ərazilər) içməli suyun verilişində fasilə yaranıb. XəbərAl.az bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir. Məlumata görə, sabah günorta saatlarına qədər həmin əraziyə suyun verilişi dayandırılacaq.

Siyasət

Ombudsmanın Milli Preventiv Qrupu 5 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib. Bu barədə Ombudsman Aparatının Mətbuat xidməti məlumat yayıb. BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya […]

Xarici siyasət

Qüdsi Osmanov Moldovanın XİN rəhbəri ilə Qarabağı müzakirə edib

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Aureliu Çokoy Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovu qəbul edib. Bu barədə Moldova XİN-in rəsmi saytında məlumat verilib. Rəsmilər ikitərəfli gündəmdə dayanan məsələləri, eyni zamanda Qarabağ regionundakı son hadisələri müzakirə ediblər. XİN rəhbərləri arasında son telefon danışığı zamanı əldə edilmiş razılaşma kontekstində həmsöhbətlər növbəti dövr üçün ikitərəfli […]

Siyasət

İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyanın xüsusi sessiyasının gündəliyi açıqlandı

BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçiriləcək. Bu barədə  BMT-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib. Qeyd olunub ki, dekabrın 3-4-də BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə baş tutacaq Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edəcəklər. “COVID-19 qlobal […]

Media

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun sözlərinə görə, sakinlərin demək olar ki, hamısında silah və ya partlayıcı var. “Kiminsə çoxdan qalan qumbarası, bir başqasının avtomatı və sair. Biz məsələn Xankəndidə olanda, avtomobillə gedəndə könüllünün yanında avtomat var idi, maşının içində hər yerdə patronlar dağılmış vəziyyətdə idi. […]

Kriminal

Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar Xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şərifov Əzizağa Əzizağa oğluna göndərilmiş banderola baxış keçirilən zaman orada olan […]

Gündəm manset

Təhsil Nazirliyi 10 saylı ƏMHM-nin rəisi Zahid Təhməzovun qanunsuz əməlləri

Təhsil Nazirliyi 10 saylı ƏMHM-nin rəisi Zahid Təhməzovun qanunsuz əməlləri Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin yaradılmasının məqsədi təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməsindən ibarətdir. Eyni zamanda bu qurumun əsas vəzifəsi təhsilə ayrılan vəsaitin xərclənməsinə nəzarət etmək və büdcə mənimsəmələrinin qarşısın almaqdır. Ancaq Tərtərdə yerləşən və Ağcabədi, […]

AKTUAL

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi – FOTO

Biləcəri qəsəbəsinin bələdiyyə sədri vəfat edib. XəbərAl.az xəbər verir ki, Binəqədi rayonunun inzibati ərazisinə daxil olan Biləcəri qəsəbəsinin bələdiyyə sədri İlham Xəlilov bu gün vəfat edib. COVID-19-a yoluxan bələdiyyə sədri artıq bir müddətdir ki, virusla mübarizə aparardı Faktı Binəqədi Rayon İcra Hakimiyyətindən təsdiq ediblər. Bildirilib ki, ilkin olaraq evdə müalicə alan bələdiyyə sədri, vəziyyəti ağırlaşdığı […]

Müsahibə

Minaya düşən 23 yaşlı qazi: “Ayağımı götürüb 500 metr tək getdim” – MÜSAHİBƏ + FOTO

“Ali Baş Komandanın əmri, mənim və məndən də güclü əsgərlərimizin sayəsində Qarabağ artıq bizimdir”. Bu sözləri  44 günlük Vətən müharibəsində öz igidliyi ilə seçilən qazi Abbas Abbaslı deyib. Qəhrəman qazi kimi evinə qayıdan A.Abbaslı xidmətini davam etdirən əsgər yoldaşlarının da sağ-salamat ailələrinin yanına qayıtmasını diləyir. 23 yaşlı qazimiz əslən Cəbrayıl rayonundan olsa da, daha əvvəl […]