Gündəm manset

Təhsil Nazirliyi 10 saylı ƏMHM-nin rəisi Zahid Təhməzovun qanunsuz əməlləri

Sharing is caring!

Təhsil Nazirliyi 10 saylı ƏMHM-nin rəisi Zahid Təhməzovun qanunsuz əməlləri

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin yaradılmasının məqsədi təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməsindən ibarətdir. Eyni zamanda bu qurumun əsas vəzifəsi təhsilə ayrılan vəsaitin xərclənməsinə nəzarət etmək və büdcə mənimsəmələrinin qarşısın almaqdır.

Ancaq Tərtərdə yerləşən və Ağcabədi, Laçın, Füzuli, Ağdam, Xocavənd və Tərtər, rayon Təhsil Şöbələrinin maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirən 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin (ƏMHM) rəhbərliyinin fəaliyyətində qanun pozuntusu, dövlət vəsaitinin mənimsənilməsi, ayrılan vəsaitlərin ünvanına çatmaması faktları üzə çıxıb.

XəbərAl.az 10 saylı ƏMHM-dakı məmbəyə istinad edərək xəbər verir ki, Mərkəzin rəisi Zahid Vahid oğlu Təhməzov bu vəzifəyə təyin olunandan sonra əsas amalı nə yolla olursa olsun pul qazanmaq və bununla da varidatını artırmaq olub. Bu vəzifəyə təyin edilməzdən öncə Tərtər rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışmış Zahid Təhməzov maliyyə firildaqlarının ustası hesab edilir. Dövlət büdcəsindən ayrılan vəsaitin silinməsi, dövlət satınalma əməliyyatlarında maxenasiyaların həyata keçirilməsində kifayət qədər tərcübəsi olan 10 saylı ƏMHM-nin rəisi bu vəzifəsində də bu işləri həyata keçirməkdə çətinlik çəkmədi.

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirildi. Bu işləri həyata keçirmək məqsədi ilə dövlət büdcəsindən ƏMHM-lərinə külli miqdarda vəsaitlər ayrıldı. Həmçinin Zahid Təhməzovun rəis olduğu 10 saylı ƏMHM-nə də 95 min manat məbləğində vəsait ayrıldı. Bu vəsait hesabına bu il ərzində 10 saylı ƏMHM-nə daxil olan Ağcabədi, Laçın, Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında fəaliyyət göstərən təhsil müəssisələrinin idman zalları, inzibati, sinf otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri həyata keçirilməli idi. Lakin bütün bu dezinfeksiya işləri yerli təhsil müəssisələrin öz daxili imkanları və rayonlar üzrə ƏMHM-nin baş məsləhətçilərinin (baş mühasiblərin) vəsaiti hesabına həyata keçirilib. Bu işlərə görə dövlətin ayırdığı 95 min manat vəsaiti isə Zahid Təhməzov həzmi mədəsindən keçirdib. Yuxarıda qeyd etdiyimiz kimi, axı o bu işlərin ustasıdı.

Zəhid Təhməzovun qanunsuz əməlləri tək bununla bitmir. O, həmçinin, tədris ilinin əvvəlində təstiqlənməli olan təhsil
müəssisələrinin tarifkasiyaları üçün də pul yığma konpaniyası həyata keçirdib. Bu əməliyyatı isə 10 saylı ƏMHM-nə daxil olan 6 rayon üzrə baş məsləhətçilərinin əli ilə edir. Yəni topla, gətir, təhvil ver prinsipi.

Zahid Təhməzovun qanunsuz əməlləri bunlarla bitmir. Əlimizdə daha hansı faktlar var?
– 10 saylı ƏMHM-nə daxil olan 6 rayon üzrə Təsərrüfat istismarı qrupunun 5 əməkdaşı olduğu halda, nədən 2 əməkdaş işə çıxır? Hər qrupun 3 əməkdaşının maaş kartı (cəmi 18 işçinin maaş kartı) kimdədir?
– Zahid Təhməzov Tərtər rayon Maliyyə İdarəsinə yeni rəis təyin olunandan bir az sonra (2005-ci ildə) “Tərtər” restoranında kimlər tərəfindən və hansı səbəbdən ayağından güllə yarası almışdı? Həmin vaxt içkili vəziyyətdə olan Zahid Təhməzov nə “quşlayıb”?
– 10 saylı ƏMHM-nin rəisinin ştat cədvəlində xanım katibəsi olmadığı halda Zahid Təhməzov iki xanım katibəni hansı əsaslarla işə qəbul edib?
– Zahid Təhməzov Tərtər Rayon Maliyyə İdarəsinin rəisi işlədiyi dönəmdə rayondakı idarə, təşkilat və müəssisə rəhbərlərini necə gözümçıxdıya salmışdı?
– Zahid Təhməzov hansı qüvvələrə və kimlərə güvənərək hegomonluq edir?
– 10 saylı ƏMHM-nin rəisi bundan sonra hansı maxenasiyalara hazırlaşır?
– Daha nələr, nələr…
Bizi izləyin!
Araşdirmalarımız davam edir.

Xeberbiz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir