AKTUAL

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi – FOTO

Sharing is caring!

Biləcəri qəsəbəsinin bələdiyyə sədri vəfat edib.

XəbərAl.az xəbər verir ki, Binəqədi rayonunun inzibati ərazisinə daxil olan Biləcəri qəsəbəsinin bələdiyyə sədri İlham Xəlilov bu gün vəfat edib.

COVID-19-a yoluxan bələdiyyə sədri artıq bir müddətdir ki, virusla mübarizə aparardı

Faktı Binəqədi Rayon İcra Hakimiyyətindən təsdiq ediblər.

Bildirilib ki, ilkin olaraq evdə müalicə alan bələdiyyə sədri, vəziyyəti ağırlaşdığı üçün həkim məsləhəti ilə xəstəxanaya yerləşdirilib. Təəssüf ki, aparılan müalicələrə baxmayaraq, bu gün dünyasını dəyişib.

Xatırladaq ki, İlham Məmməd oğlu Xəlilov 1958-ci ildə Şəmkir rayonunda anadan olub.

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir