Asiya

Türkiyədə güclü zəlzələ

Türkiyənin Siirt vilayətində 5 bal gücündə zəlzələ baş verib. “Haber Global” məlumat verir ki, zəlzələ Kurtalan rayonunda qeydə alınıb. Yerli vaxtla 08:45-də başlayan yeraltı təkanlar ətraf rayonlarda da hiss edilib. Qeyd olunur ki, zəlzələnin episentri yerin təxminən 20 kilometr dərinliyində olub.

İdman

Çempionlar Liqasında dramatik oyun: Yeddi qol vuruldu, Türkiyə təmsilçisi məğlub oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha iki oyunu keçirilib. H qrupunda Almaniya “Leyptsiq”i Türkiyədə “Başakşehir”lə qarşılaşıb. Rəqibinə 3:4 hesabı ilə uduzan İstanbul təmsilçisi 1/8 finala çıxmaq şansını itirib. E qrupunda isə Rusiya “Krasnodar”ı evdə Fransanın “Renn” klubuna 1:0 hesabı ilə qalib gəlib. E qrupu “Krasnodar” (Rusiya) – “Renn” (Fransa) 1:0 (M.Berq, 71.) H qrupu “Başakşehir” […]

Xarici siyasət

Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bu gün telefonla Dağlıq Qarabağ nizamlanmasına dair üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini müzakirə ediblər. Bu barədə  Rusiya XİN məlumat yayıb. Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il 9 noyabr tarixli bəyanatındakı müddəaların yerinə yetirilməsini, həmçinin regional və beynəlxalq gündəmin bəzi məsələlərini […]

Asiya

Türkiyənin Daxili İşlər naziri Soyludan İmamoğluna sui-qəsd iddiası ilə bağlı açıqlama

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna sui-qəsd iddialarına münasibət bildirib. Bu barədə “Haber Global” məlumat yayıb. “Belə sui-qəsd təşəbbüsü və yaxalanan kimlərinsə olmasından söhbət getmir. Belə təhdidlər hər zaman var, amma bunların cəmiyyət və mətbuatda paylaşılmamasını istərdik. Terror təşkilatlarının bir hədəfi də özlərindən danışılmasını təmin etməkdir”, – deyə S.Soylu bildirib.

AKTUAL

Hərbi qənimətlər Bakıda – FOTO

Erməni işğalçılarının tərk edərək qaçdığı və Ordumuzun qənimət kimi götürdüyü hərbi texnikalar artıq paytaxt Bakıya gətirilib. Bunu əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb. Hərbi qənimətlərin yaxın günlərdə keçiriləcəyi nəzərdə tutulan qələbə paradında nümayiş etdiriləcəyi güman olunur.  

Hərbi

DTX Qarabağda pulnan döyüşən şəxsi tutdu – VİDEO

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. XəbərAl.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadla xəbər verir ki, aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, […]

Xarici siyasət

Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb – FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Amanullah Ceyhunun etimadnaməsinin surətini qəbul edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycana səfir təyin olunması münasibətilə A.Ceyhunu təbrik edən C.Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edib. Uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin […]