Mədəniyyət

Cennifer Lopez cəmiyyət içinə qəribə eynəkdə çıxıb – FOTO

Dünya ulduzu Cennifer Lopez Paris Moda Həftəsi çərçivəsində baş tutan “Schiaparelli” yaz-yay 2024 şousunun qonağı olub. 54 yaşlı Cennifer Lopez çiçək ləçəkləri ilə bəzədilmiş ağ rəngli kofta və pencək, qara dar qalın kalqotkada çıxıb. Aktrisanın görünüşünü qızılı metal üzlü çanta, hündürdaban ayaqqabılar, iri həcmli sırğalar tamamlayıb. Qeyd edək ki, məşhurun “gözləri” olan eynəyi hamıda böyük maraq yaradıb. Mənbə: […]

Mədəniyyət

“Fəryad”ın “Aşot”u – Arvadı evdən qovdu, hepatitə yoluxdu, qocalar evində öldü – VİDEO

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki buraxılışında mərhum aktyor Fikrət Məmmədovdan bəhs olunub. O, 1956-cı ilin yanvarın birində dünyaya gəlib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olub. Azərbaycanın tanınmış bəstəkarı və tarzəni Ağası Məşədibəyovun nəvəsidir. Kinostudiyada Fikrəti həmişə “Fika” deyə çağırıblar. Ən yaddaqalan obrazı isə “Fəryad” filmindəki “Aşot” olub. Ailə həyatı […]

Mədəniyyət

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir – FOTO

Xalq artisti Yusif Eyvazov “Facebook” hesabında sosial media izləyicilərinə müraciət edib. Oxu.Az xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. “Əziz dostlar, diqqət, saxta hesab! Bu yaxınlarda mənim adımdan kimlərəsə mesaj göndərildiyi ilə bağlı məlumat aldım. Bu hesabdan dost dəvəti və […]

Mədəniyyət

Valeh Kərimov: “Firəngiz Rəhimbəyovaya tək mən yox, hamı vurulurdu” – VİDEO

“Tək mən yox, hamı vurulurdu ona. Gizlincə ürəyimdən keçirdi ki, Ay Allah, nə olardı bu da məni sevəydi”. Bu sözləri ARB-nin efirində yayımlanan verilişlərdən birində mərhum sənətçi Firəngiz Rəhimbəyova haqqında danışarkən Xalq artisti Valeh Kərimov deyib. “O, respublikanın tanınmış sənətçilərindən idi. Onsuz da gözəl idi, amma güləndə-danışanda lap gözəl olurdu. Müasir geyimli, müasir qadın idi. Bizim […]

Mədəniyyət

Səhnəmizin “Mustafa müəllimi” yubileyini qeyd edir – FOTO/VİDEO

Bu gün Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, “Şöhrət” ordenli Hacı İsmayılovun doğum günüdür.  Oxu.Az xatırladır ki, o, 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub.  Daha sonra Sumqayıt Dövlət Dram Teatrından dəvət alıb […]

Mədəniyyət

Azərbaycanlı skripkaçı Parisdə “Yeni ulduzlar” müsabiqəsinin konsertində çıxış edib – FOTO

Azərbaycanlı skripkaçı Fransanın paytaxtı Parisdə keçirilən “Yeni ulduzlar” müsabiqəsinin qaliblərinin konsertində çıxış edib. “Report”un Fransa bürosu xəbər verir ki, beynəlxalq müsabiqələr laureatı, skripkaçı Surə Rüfət Parisin Notr-Dam-d’Esperans kilsəsində “Yeni ulduzlar” müsabiqəsinin qaliblərinin konsertində Azərbaycanı təmsil edib. Gənc virtuozlar Antonio Vivaldi, Sebastyan Bax, Volfqanq Motsart və digər bəstəkarların əsərlərini ifa ediblər. Azərbaycanlı gənc və istedadlı musiqiçinin […]

Mədəniyyət

Nailə İslamzadə: “Arxasında intellekt dayanmırsa, gözəlllik heçdir” – VİDEO

Əməkdar artist Nailə İslamzadə arxiv görüntülərini paylaşıb. Videonu “Facebook”da paylaşan İslamzadə bu sözləri qeyd edib: “Son zamanlar bir neçə sayt və səhifə qadınların, o cümlədən də mənim xarici görünüşümü daha çox müzakirə edirlər. Düşünürəm ki, əgər bu görünüşün arxasında intellekt, savad, dünyagörüşü, etik davranış, ailəsinə, cəmiyyətə verdiyi fayda dayanmırsa, o gözəllik heçdir! Bu video 90-cı illərin […]

Mədəniyyət

Şərqdə ilk opera yazan bəstəkar qadın

Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür. Oxu.Az xəbər verir ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. O, 1971-ci ildə […]

Mədəniyyət

“Dünya türkün olacaq” deyən Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür

Bu gün Zəlimxan Yaqubun doğum günüdür. Oxu.Az xəbər verir ki, Zəlimxan Yusif oğlu Yaqubov 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində […]