Mədəniyyət

“Fəryad”ın “Aşot”u – Arvadı evdən qovdu, hepatitə yoluxdu, qocalar evində öldü – VİDEO

Sharing is caring!


Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışında mərhum aktyor Fikrət Məmmədovdan bəhs olunub.

O, 1956-cı ilin yanvarın birində dünyaya gəlib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olub.

Azərbaycanın tanınmış bəstəkarı və tarzəni Ağası Məşədibəyovun nəvəsidir. Kinostudiyada Fikrəti həmişə “Fika” deyə çağırıblar. Ən yaddaqalan obrazı isə “Fəryad” filmindəki “Aşot” olub.

Ailə həyatı uğursuz olan Fikrət Məmmədov həyat yoldaşı tərəfindən evdən qovulub. Verilişlərin birində qonaq olan aktyor deyirdi:

“Həyat yoldaşım məni evə buraxmır. Ev mənim adıma olsa da, 15 ildir ki, küçələrdəyəm. İndi skamyada yatıram, qonşular yemək verir. Qəzaya düşmüşəm, çənəmi sındırmışam. Hər şey cəhənnəm, dişlərimi itirmişəm, səhnəyə çıxmağa utanıram”.

Səhhətində ciddi problemlər yaranan aktyor Hepatit virusuna da yoluxur. O, bir müddət bir saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunur. Xəstəxanadan maddi durumu yetərli olmadığı və lazımi dərmanları ala bilmədiyi üçün çıxmalı olur.

Bronxial astma xəstəliyindən də əziyyət çəkən aktyor 2021-ci il aprelin 5-də (65 yaşında) ömrünün son illərini yaşadığı Bilgəhdə yerləşən “Qocalar evi”ndə vəfat edib.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir