Kriminal

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI: 20-yə yaxın bıçaq zərbəsi endirib – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Masazırda törədilən qətlin bəzi detalları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Elnur Musayev həyat yoldaşı ilə boşanma ərəfəsində olub.

O, bu gün evə əşyalarını götürmək üçün gedibmiş. Bu zaman ərlə arvad arasında yenidən münaqişə yaranıb. Münaqişə sonda qanla bitib və Elnur Musayev boşanma ərəfəsində olduğu həyat yoldaşına 20-yə yaxın bıçaq zərbəsi endirib.  

14:36

Avqustun 24-də 13:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü Səkinəxanım Vaqif qızı İsaqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı, 1995-ci il təvəllüdlü Elnur Nurəli oğlu Musayev könüllü şəkildə polisə təslim olub. O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir