Cəmiyyət

1 saylı seçki məntəqəsində 596 seçici qeydiyyata alınıb – FOTO

Sharing is caring!


Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Oxu.Az xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən 122 saylı Xankəndi seçki dairəsinin Bakının Nizami rayonunda yerləşən 1 saylı seçki məntəqəsində aktivlik müşahidə edilir.

Məntəqə sədri Hicran Allahverdiyeva bildirib ki, hazırda səhər saatları olmasına baxmayaraq, 150-ə yaxın seçici səsvermədə iştirak edib. 

Məntəqədə səsvermənin gedişini qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri ilə yanaşı, xarici müşahidəçilər də izləyirlər.

Qeyd edək ki, bu seçki məntəqəsində 596 seçici qeydiyyata alınıb.

Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var. Xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir