Mədəniyyət

Leonardo Di Kaprio bomj kimi görüntülənib – FOTO

Hollivud aktyoru 49 yaşlı Leonardo Di Kaprionun bomj şəklində fotoları yayılıb. Məlumata görə, aktyor rejissor Pol Tomas Andersonun yeni filminə çəkilir və fotolar həmin filmin çəkiliş meydançasındandır. Sənətçinin əynində tünd boz rəngli köynək, qırmızı uzun damalı xalat, göy cins şalvar, narıncı altlıqlı idman ayaqqabısı, qara papaq və gün eynəyi var. O, telefon köşkündə dayanıb. Qeyd […]

Mədəniyyət

Heydər Əliyev Mərkəzində Yaponiyanın qədim incəsənət nümunəsi olan “Noh Opera” səhnələşdiriləcək

Heydər Əliyev Mərkəzində Yaponiyanın 700 il tarixi olan “No” teatrı üzrə ixtisaslaşan Hoşo Teatr Məktəbi tərəfindən “Noh Opera” tamaşası təqdim ediləcək. Oxu.Az xəbər verir ki, İpək Yolu vasitəsilə mədəniyyətlərin qarşılıqlı təsiri sayəsində formalaşan “No” qeyri-adi sənət növü kimi populyardır və bütün dünyada ifa edilir. Bu teatr hazırda dünyanın ənənəvi və qədim mədəniyyətlərinə bağlı olan yeganə […]

Mədəniyyət

75 yaşlı animator: “Çəkdiyim filmə görə ermənilər məni öldürmək istəyirdilər” – MÜSAHİBƏ + FOTO

Otağın qapısını açıb içəri keçəndə sanki nağıllar aləminə düşürsən. Həmin anda elə təəssürat yaranır ki, səni ya hansısa cizgi filminə çəkəcəklər, ya da hansısa sehirli qüvvə ilə uşaqlıq illərinə qayıdacaqsan. Onunla söhbətimiz şəhərin mərkəzində yerləşən emalatxanasında baş tutur. Həmsöhbətim animasiya rejissoru, kino rəssamı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovdur. Müsahibimin söhbətə başlayan kimi adımı […]

Mədəniyyət

Azərbaycanın məşhur sənətçisi vəfat etdi – FOTO

Azərbaycanın tanınmış sənətçilərindən biri, zərb alətləri ustası Eldar Qafarov ötən gecə 69 yaşında dünyasını dəyişib. Milli.az xəbər verir ki, o, xroniki şəkərli diabet, böyrək çatışmazlığı və hipertoniyadan əziyyət çəkirdi. Eldar Əliabbas oğlu Qafarov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyasının) məzunu idi. O, zərb alətləri ixtisası üzrə professor Həsən Rzayevin sinfində təhsil alıb. […]

Mədəniyyət

MEK “Məhəmməd Əmin Rəsulzadə – 140” adlı virtual sərgini təqdim edir

31 yanvar publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Məhəmməd Əmin Rəsulzadə – 140” adlı virtual sərgi (https://heyzine.com/flip-book/293acdc582.html) hazırlanıb. Bu barədə Mərkəzi Elmi Kitabxana məlumat yayıb. Bildirilib ki, sərgidə M.Ə.Rəsulzadənin müəllifi olduğu “Çağımızın Siyavuşu”, “Qafqaz türkləri” (Azərbaycan və türk […]

Mədəniyyət

Heydər Əliyev Mərkəzində Yaponiyanın Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdiriləcək – FOTO

Heydər Əliyev Mərkəzində Yaponiyanın ənənəvi dram teatr sənəti olan “Noh” üzrə ixtisaslaşan Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdiriləcək. Tədbirdə Azərbaycan və Yaponiyanın rəsmi şəxsləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edəcəklər. Oxu.Az xəbər verir ki, 700 ildən çox tarixi olan “Noh” teatrı Yaponiyanın ən qədim ifaçılıq sənətidir. Ənənəvi ədəbiyyat nağılları əsasında qurulan “Noh” teatrı rəqs əsaslı […]

Mədəniyyət

Xalq artisti: “İbrahim Tatlısəs Şəfiqə xanıma qonorar verməyib” – VİDEO

“İbrahim Tatlısəs “Bu ayrılıq nədən oldu” mahnısına görə Şəfiqə Axundovaya qonarar ödəməyib”. Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib. Onun sözlərinə görə, Şəfiqə Axundova uzun illər sonra İbrahim Tatlısəslə Azərbaycanda qarşılaşıb: “Şəfiqə xanım danışırdı ki, İbrahim Tatlısəsin ifasından xəbəri olmayıb. Şəfiqə xanım oğlu Talehlə harasa gedirmiş, qəfildən İbrahim Tatlısəslə qarşılaşıb. Şəfiqə xanım onu saxlayıb, deyib […]

Mədəniyyət

Zivərbəy Əhmədbəyovun nəvəsi: “Babam özünü güllələdi, sonra məzarı da itirildi” – FOTO

“Rəhmətlik atam hüquqşünas idi. Böyük qardaşlarım da hüququ bitiriblər. 1955-ci ildə “Bəxtiyar” filminə çəkiləndən sonra anam dedi ki, “get Moskvada Kinematoqrafiya institutunda təhsil al”. Atam bu sözü eşidib bərk əsəbiləşdi və dedi ki, “mənim bütün övladlarım hüquqşünasdırlar, Oqtay da onlar kimi hüquqşünas olacaq”. 1962-ci ildə hüquqşünaslığı bitirdim. Hazırda 85 yaşım var, İqtisadiyyat Universitetinin professoruyam”. Bunu […]

Mədəniyyət

İbrahim Tatlısəs məşhur bəstəkarımızın mahnısını ifa edib – ARXİV GÖRÜNTÜLƏR + VİDEO

Türkiyə estradasının ulduzu İbrahim Tatlısəs Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın bəstəsini ifa edib. Oxu.Az xəbər verir ki, bu barədə arxiv görüntülər AzTV-nin efirində, “Görüş yeri” verilişində yayımlanıb. Belə ki, İbrahim Tatlısəs bir zamanlar “Bu ayrılıq nədən oldu” mahısını ifa edərək klip çəkdirib. Həmin görüntüləri təqdim edirik: Xeberal.az

Mədəniyyət

Meral Konrat Rasim Ocaqov haqqında xatirələrini bölüşdü – VİDEO

“Rasim Ocaqov mənim üçün çox önəmli insan idi. Görün necə gözəl işlər görüb ki, biz onun 90 illiyində onu Ankarada andıq. Mənim üçün önəmli kinorejissorlardan biridir”. Bu sözləri mərhum kinorejissor Rasim Ocaqov haqqında danışarkən türkiyəli məşhur aktrisa Meral Konrat deyib. O bildirib ki, Rasim Ocaqov “Təhminə” obrazını oynamağa aktrisa tapmaq üçün Türkiyəyə gəldiyini deyib. “Məni […]