Mədəniyyət

Türkiyədə Şuşa Mədəniyyət Evi açılacaq

Türkiyənin Kayseri şəhərində inşa edilən Şuşa Mədəniyyət Evinin tikintisi başa çatıb. “Report” xəbər verir ki, 20 min kvadratmetr sahəyə malik Azərbaycan Qardaşlıq Parkında inşa edilən mədəniyyət evinin tezliklə istifadəyə verilməsi gözlənilir. Türkiyə mətbuatı qeyd edib ki, Şuşa Mədəniyyət Evi iki ölkə və Kayseri ilə Şuşa şəhərləri arasında dostluq, qardaşlıq simvolu olacaq. Məlumata görə, Mədəniyyət Evinin qarşısında […]

Mədəniyyət

“Sehrli xalat” filminin “Rəşid”i ABŞ-də vəfat etdi – FOTO

“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib. Bununla bağlı Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov “Facebook”da bildirib. Onun sözlərinə görə, A.Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra ABŞ-də dünyasını dəyişib. Qeyd edək ki, əslən Gəncə şəhərindən olan A.Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində […]

Mədəniyyət

Xalq artisti Yusif Eyvazov Vyanada agentlik açır

Xalq artisti Yusif Eyvazov Avstriyanın paytaxtı Vyanada beynəlxalq incəsənət agentliyi açır. Oxu.Az xəbər verir ki, bu barədə sənətçi “Instaqram” sosial şəbəkəsində paylaşıb. “Vyanada beynəlxalq incəsənət agentliyi açıram. Bir vaxtlar böyük səhnədə oxumaq arzum idi. İndi isə musiqi sənayesi ilə bağlı təcrübəmi və biliklərimi digər sənətçilərlə bölüşməyə, eləcə də onların yaradıcılıq ambisiyalarının real imkanlara çevrilməsi üçün şərait yaratmağa hazıram. Artıq […]

Mədəniyyət

Şuşada İslam Dünyasının Mədəniyyət Forumu keçiriləcək

“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirlər keçiriləcək. Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. İl ərzində keçiriləcək tədbirlərin siyahısı aşağıdakı kimidir: – Şuşada İslam Dünyasının Mədəniyyət Forumu; – Şuşada İslam […]

Mədəniyyət

Cennifer Lopez cəmiyyət içinə qəribə eynəkdə çıxıb – FOTO

Dünya ulduzu Cennifer Lopez Paris Moda Həftəsi çərçivəsində baş tutan “Schiaparelli” yaz-yay 2024 şousunun qonağı olub. 54 yaşlı Cennifer Lopez çiçək ləçəkləri ilə bəzədilmiş ağ rəngli kofta və pencək, qara dar qalın kalqotkada çıxıb. Aktrisanın görünüşünü qızılı metal üzlü çanta, hündürdaban ayaqqabılar, iri həcmli sırğalar tamamlayıb. Qeyd edək ki, məşhurun “gözləri” olan eynəyi hamıda böyük maraq yaradıb. Mənbə: […]

Mədəniyyət

“Fəryad”ın “Aşot”u – Arvadı evdən qovdu, hepatitə yoluxdu, qocalar evində öldü – VİDEO

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki buraxılışında mərhum aktyor Fikrət Məmmədovdan bəhs olunub. O, 1956-cı ilin yanvarın birində dünyaya gəlib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olub. Azərbaycanın tanınmış bəstəkarı və tarzəni Ağası Məşədibəyovun nəvəsidir. Kinostudiyada Fikrəti həmişə “Fika” deyə çağırıblar. Ən yaddaqalan obrazı isə “Fəryad” filmindəki “Aşot” olub. Ailə həyatı […]

Mədəniyyət

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir – FOTO

Xalq artisti Yusif Eyvazov “Facebook” hesabında sosial media izləyicilərinə müraciət edib. Oxu.Az xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. “Əziz dostlar, diqqət, saxta hesab! Bu yaxınlarda mənim adımdan kimlərəsə mesaj göndərildiyi ilə bağlı məlumat aldım. Bu hesabdan dost dəvəti və […]

Mədəniyyət

Valeh Kərimov: “Firəngiz Rəhimbəyovaya tək mən yox, hamı vurulurdu” – VİDEO

“Tək mən yox, hamı vurulurdu ona. Gizlincə ürəyimdən keçirdi ki, Ay Allah, nə olardı bu da məni sevəydi”. Bu sözləri ARB-nin efirində yayımlanan verilişlərdən birində mərhum sənətçi Firəngiz Rəhimbəyova haqqında danışarkən Xalq artisti Valeh Kərimov deyib. “O, respublikanın tanınmış sənətçilərindən idi. Onsuz da gözəl idi, amma güləndə-danışanda lap gözəl olurdu. Müasir geyimli, müasir qadın idi. Bizim […]

Mədəniyyət

Səhnəmizin “Mustafa müəllimi” yubileyini qeyd edir – FOTO/VİDEO

Bu gün Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, “Şöhrət” ordenli Hacı İsmayılovun doğum günüdür.  Oxu.Az xatırladır ki, o, 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub.  Daha sonra Sumqayıt Dövlət Dram Teatrından dəvət alıb […]