Mədəniyyət

Meral Konrat Rasim Ocaqov haqqında xatirələrini bölüşdü – VİDEO

“Rasim Ocaqov mənim üçün çox önəmli insan idi. Görün necə gözəl işlər görüb ki, biz onun 90 illiyində onu Ankarada andıq. Mənim üçün önəmli kinorejissorlardan biridir”. Bu sözləri mərhum kinorejissor Rasim Ocaqov haqqında danışarkən türkiyəli məşhur aktrisa Meral Konrat deyib. O bildirib ki, Rasim Ocaqov “Təhminə” obrazını oynamağa aktrisa tapmaq üçün Türkiyəyə gəldiyini deyib. “Məni […]

Mədəniyyət

Kosmosda balaban “çalan” azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar – FOTO

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan “Azərbaycan təranələri” səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bir dərdin ah-fəğanı olan həzin və son dərəcə kövrək musiqilər çalınır. Bir sözlə, göz önündə böyük bir sənətkar – “milli […]

Mədəniyyət

Bu gün Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür

Bu gün Azərbaycanın Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlunun anım günüdür. Vaqif Səmədoğlu 1939-cu il iyunun beşində Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.  Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri […]

Mədəniyyət

Uşaqların “Sim-Sim Lələ”si: “Yetimçiliklə böyümüşəm” – FOTO

“O vaxt rəhmətlik Hüseynağa Atakişiyev məni Gənclər Teatrına qəbul etmişdi. Verilişlərə obraz lazım olanda gəlib-gedirdim. Hiss edirdim ki, redaksiyanın qonorar verməyə pulu yoxdur. Heç nə tələb etmirdim, obrazları böyük məhəbbətlə oynayırdım. 15 il fəaliyyətim davam etdi. Həmin ərəfədə mən “Şirinbacı” nənə, “Göygöz kosa”, və s. rollar oynadım. “Uşaq verilişlərinə yeniliyi kim gətirdi? Əlbəttə ki, mən. […]

Mədəniyyət

Hamının “Heyf ki, biz onu itirdik!” deyə təəssüfləndiyi Əməkdar artist – FOTO

Lənkəran Dövlət Dram Teatrı Əməkdar artist Niftulla Əsgərovla vidalaşdı. Dostları, sənət yoldaşları, doğmaları inanırdı ki, o, bir gün xərçəngə qalib gələcək və yenidən səhnəyə qayıdacaq. Ancaq aktyor sağlığında sevərək oynadığı səhnədən son mənzilə yola salındı. Niftulla Əsgərov doğulub böyüdüyü Girdəni kəndində torpağa tapşırıldı… Onu yola salmağa çox adamlar gəlmişdi – sənət dostları, rayon ictimaiyyəti, vəzifəlilər, […]

Mədəniyyət

Rasim Balayev, yoxsa Şəfiqə Məmmədova? – Kinematoqrafçılar Birliyində qurultay keçiriləcək, rəhbər seçiləcək

Ötən ilin iyul ayının 26-da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqı birləşəcəyi barədə bəyanat yayıblar. Yeni ad kimi Kinematoqrafçılar Birliyi təklif edilib. Sözügedən Birliyin qurultayının ötən il keçiriləcəyi deyilsə də, tədbir baş tutmayıb. Yeni yaradılacaq Birliyin sədrinin kim olacağı məlum deyil. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri […]

Mədəniyyət

İslam Rzayevin səsi Tanrının hədiyyəsi idi: Çatmadığı bir arzusu vardı, onu da… – FOTO

“Bir bulağın iki gözü – biri sənsən, biri mən, yar. Bir almanın iki üzü – biri sənsən, biri mən, yar. Qoşa simin titrəməsi – biri sənsən, biri mən, yar… Bu ifadan sonra bəstəkar Əhsən Dadaşov və kamança ifaçısı Şəfiqə Eyvazova o vaxtlar göz yaşlarını saxlaya bilmirlər… Onun səsi sanki Tanrının Azərbaycan xalqına bir hədiyyəsi idi. […]

Mədəniyyət

“Yeşilcam”ın “pis adamı” vəfat etdi – FOTO

Türkiyə kinosunda canlandırdığı mənfi obrazlarla tanınan Hikmət Taşdemir 82 yaşında dünyasını dəyişib. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi xəbər yayıb. Bildirilir ki, “Yeşilcam”ın “pis adamı” bir müddət müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, 1942-ci ildə Ərzurumda anadan olan Hikmet Taşdemir gənclik illərini fabrik və xəstəxana işçisi kimi keçirib. Onun film karyerası 1971-ci […]

Mədəniyyət

Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək.  President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.  Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri […]

Mədəniyyət

“Kalmar oyunu”nu sevənlərə şad xəbər – VİDEO

Cənubi Koreyanın “Kalmar oyunu” (“The Squid Game”) filminin növbəti seriyalarının yayımlanacağı tarixi açıqlanıb. Beləliklə, “Kalmar oyunu”nun ikinci mövsümü 2024-cü ilin sonunda ekranlarda olacaq. Xatırladaq ki, “Kalmar oyunu” seriyalının ilk mövsümü sensasiya yaratmışdı. Cənubi Koreya trilleri 25 gün ərzində 111 milyon baxış toplamışdı. Serial “YouTube”da populyarlığına görə hətta “Taxt-tac oyunları”nı (“Game of Thrones”) geridə qoyub. Mənbə: […]