Mədəniyyət

Xalq artisti Yusif Eyvazov Vyanada agentlik açır

Sharing is caring!


Xalq artisti Yusif Eyvazov Avstriyanın paytaxtı Vyanada beynəlxalq incəsənət agentliyi açır.

Oxu.Az xəbər verir ki, bu barədə sənətçi “Instaqram” sosial şəbəkəsində paylaşıb.

“Vyanada beynəlxalq incəsənət agentliyi açıram. Bir vaxtlar böyük səhnədə oxumaq arzum idi. İndi isə musiqi sənayesi ilə bağlı təcrübəmi və biliklərimi digər sənətçilərlə bölüşməyə, eləcə də onların yaradıcılıq ambisiyalarının real imkanlara çevrilməsi üçün şərait yaratmağa hazıram. Artıq bir neçə sənətçi ilə işləyirik. Əmin ola bilərsiniz ki, növbəti yazılarımda onlar haqqında sizə məlumat verəcəyəm. Tezliklə opera müğənniləri üçün dinləmələr keçirməyi, opera rejissorları və dirijorlar arasında istedad axtarmağı planlaşdırırıq” – deyə, sənətçi paylaşımında bildirib.

Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktorudur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir