Mədəniyyət

“Harri Potter” franşizasının spin-offu hazırlanır – FOTO

Sharing is caring!

Britaniyalı yazıçı Coan Roulinq “Warner Brothers” ilə birlikdə “Harri Potter” franşizasının spin-offunu hazırlayır.

Məlumata görə, sehrbaz oğlan haqqında məşhur kitablar seriyasının müəllifi ilə kino şirkəti arasında sövdələşmə təxminən altı ay əvvəl bağlanıb.

Yazıçılar artıq Potterlə bağlı serial üzərində işləyirlər.

Layihə çox güman ki, HBO Max axın xidmətində yayımlanacaq.

“HBO-da insanlar Potterin spin-offu haqqında fakt kimi danışırlar”, – deyə vəziyyətlə tanış olan mənbədən bildirilib.

“Warner Brothers” nümayəndələri isə spin-offun buraxılması ilə bağlı məlumatı şərh etməkdən imtina ediblər.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir