Dünya

Yəmən husilərinin hücumundan zədələnən gəmi güclü küləyə tab gətirmədi – FOTO

Sharing is caring!


Fevralın ortalarında Yəmən husilərinin hücumuna məruz qalan və zədələnən Britaniyaya məxsus “Rubymar” yük gəmisi əlverişsiz hava şəraiti ilə əlaqədar dünən Qırmızı dənizdə batıb.

Bu barədə “Rubymar” gəmisindəki vəziyyəti izləyən böhran qrupu xəbər yayıb.

ABŞ Hərbi Dəniz Qüvvələri zədələnən gəminin yedəyə alınaraq Səudiyyə Ərəbistanının Ciddə limanına aparılacağını güman edirdi. Ancaq güclü külək bu plana mane olub – gəmi batıb. Nəticədə göyərtədə olan 41 min ton gübrə dənizin dibinə çöküb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindən Bolqarıstana Beliz bayrağı ilə yollanan “Rubymar” gəmisi fevralın 19-da husilərin hücumuna məruz qalmışdı. Yerli medianın məlumatına görə, 1997-ci ildə inşa edilən gəminin zədələnməsindən sonra dənizdə uzunluğu 29 kilometr olan neft ləkəsi əmələ gəlib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir