Dünya

“Twitter” saxta hesablarla bağlı Maska hesabat verməyə məcbur edildi

Sharing is caring!

Amerikalı sahibkar İlon Mask “Twitter” sosial şəbəkəsində saxta hesabların sayı barədə məlumatlara giriş əldə edəcək.

Bu barədə Delaver məhkəməsi qərar verib.

Məlumata görə, hakim Keytlin Makkormik milyarderin müraciətlərinin əksəriyyətini “absurd dərəcədə böyük” adlandıraraq rədd etsə də, iddiaçının bəzi əlavə məlumatlara giriş tələbini əsaslı hesab edib.

Beləliklə, qərara əsasən, “Twitter” komandasının əvvəllər seçdiyi 9000 hesabın məlumatları Maska təhvil verilməlidir.

“Twitter”in aylardır bizdən gizlətdiyi məlumatların qiymətləndirilməsini səbirsizliklə gözləyirik”, – deyə milyarderin nümayəndəsi bildirib.

Xatırladaq ki, İlon Mask ilin əvvəlində sosial şəbəkəni almaq üçün 44 milyard dollar təklif etmişdi, ancaq bunun müqabilində spam göndərmək üçün istifadə edilən saxta hesabların sayına dair məlumatların bir daha yoxlanılmasını tələb edib. Daha sonra o, şirkətə müqavilədən imtina etdiyini bildirdi.

Bundan sonra “Twitter” sosial şəbəkəni almağa məcbur etmək üçün Maskı məhkəməyə verdi.

İyulun 29-da sahibkar əks iddia qaldırdı.

Avqustun 6-da Mask özünün “Twitter” hesabında şirkətlə müqaviləni yeniləmək üçün yeni şərti olduğunu bildirdi.

“Əgər “Twitter” sadəcə olaraq 100 hesabın seçilmə metodunu və onların necə təsdiqləndiyini göstərərsə, o zaman razılaşma ilkin şərtlərlə həyata keçirilə bilər”, – deyə milyarder yazıb.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir