Asiya

Türkiyədə əyani tədrisin başlayacağı tarix açıqlandı

Sharing is caring!

Türkiyədə pandemiya səbəbindən bağlanan məktəblərdə yenidən əyani tədrisin bərpasının vaxtı açıqlanıb.

XəbərAl.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələ barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində açıqlama verib.

O bildirib ki, kənd məktəblərində əyani tədris fevralın 15-də başlayır:

“Fevralın 15-də kənd məktəblərinin açılmasını qərarlaşdırdıq. Fövqəladə bir artım müşahidə edilərsə, təhsilə yenidən fasilə veriləcək. Xüsusən qeyd edim ki, 8 və 12-ci siniflərlə ibtidai məktəb və özəl məktəblərdə tədris martın 1-dən etibarən başlayacaq.

Yoluxma sayının azalmasına görə sahibkarlar üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması məqsədilə lazımi təqvim hazırlanır”.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir